MÜSAHİBƏ
A- A A+

Azərbaycanda aparılan dərin islahatlar dövlət başçısının siyasi iradəsindən qaynaqlanır

2018-01-08 22:15:04

.

2017-ci il Azərbaycanın tarixinə dərin islahatlar ili kimi daxil oldu. Azərbaycanın Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2018" hesabatında 8 pillə irəliləyərək, Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı üç ölkədən biri kimi müəyyənləşməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan davamlı iqtisadi islahatların məntiqi nəticəsidir.

Dövlətimizin başçısının siyasi iradəsindən qaynaqlanan bu köklü islahatlar təkcə iqtisadi sferanı deyil, həyatın bir çox sahələrini əhatə edir. Ölkəmizdə demokratiyanın inkişafına, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə yönəlmiş strateji siyasi kursun davam etdirilməsi təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da rəğbətlə qarşılanır və yüksək qiymətləndirilir.

Prezident İlham Əliyevin 2017-ci il 10 fevral tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı dövlətimizin başçısının humanist siyasətindən irəli gələn sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində siyasi ekspert Elçin Mirzəbəyli səsləndirib. O bildirib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamı insan hüquqlarının təmin olunmasına, bütövlükdə cəza siyasətinə modern, yenilikçi münasibətin ortaya çıxmasına xidmət edən çox önəmli bir sənəddir. Onun məqsədi cəza siyasətinə, cinayət qanunvericiliyinə, məhkumların hüquqlarının təminatı məsələlərinə baxışın yenilənməsi, penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə dünyada mövcud olan mütərəqqi təcrübələrin tətbiqidir. Sərəncam cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayətlərin dekriminallaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsinə, bu istiqamətlərdə genişmiqyaslı islahatların həyata keçirilməsinə imkan yaradır.

“Prezidentin sərəncamı, həmçinin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi üçün yol xəritəsidir”, - deyən siyasi ekspertin fikrincə, bu sənədin təməlində insan amili, dövlətin insan hüquq və azadlıqlarını bütün digər faktorlardan üstün tutması dayanır. Bu yanaşma təkcə Azərbaycan üçün deyil, bütövlükdə MDB məkanı və bəlkə də daha geniş bir coğrafiya üçün tamamilə yeni yanaşmadır və şübhəsiz ki, bu islahatlar başqa dövlətlərin də Azərbaycanın təcrübəsindən yararlanmasına imkan yaradacaq.

Ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı həyata keçirilən islahatlar artıq beynəlxalq müstəvidə də ciddi rezonans doğurub. Bu barədə danışan Elçin Mirzəbəyli qeyd edib ki, Avropa Şurasının İşgəncələrə qarşı Komitəsinin sədri Nikolay Qnatovskinin qənaətinə görə, Azərbaycan Prezidentinin Sərəncamı yeni cəza siyasətinin təməlini təşkil edir və bu sahədə aparılan islahatlar penitensiar sistemin təkmilləşməsinə, məhkumların hüquqlarının etibarlı qorunmasına xidmət göstərəcək. Bu günə qədər həyata keçirilən və keçirilməsi nəzərdə tutulan islahatların ana xəttini “güclü vətəndaş-güclü dövlət” düsturu təşkil edib. Bu proses islahatlar yolu ilə daha da sürətləndirilir. Təbii ki, bu amil Azərbaycan dövlətinin regional və qlobal proseslərdəki rolunu daha da artırır.

“2017-ci ildə Azərbaycanda dövlət idarəçilik sisteminin təkmilləşdirilməsindən başlamış, iqtisadiyyatın ən müxtəlif sahələrinədək genişmiqyaslı islahatların əsası qoyulub, bir çox istiqamətlərdə isə islahatlar daha da dərinləşdirilib. Bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə bir sıra qanunvericilik aktlarında müvafiq dəyişikliklər edilib, islahatların davamlı və səmərəli olması üçün möhkəm hüquqi baza yaradılıb. Azərbaycan Prezidentinin 2017-ci ildə imzaladığı sərəncamların siyahısına diqqət etsək, bu sənədlərin ölkə həyatının bütün istiqamətlərini əhatə etdiyini görərik. Dövlət qulluğu, təhsil, nəqliyyat, vergi, gömrük, kənd təsərrüfatı, maliyyə və bank sektoru, investisiya mühitinin yaxşılaşdırılması, gəlirlərin şəffaflığının təmin olunması, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əlavə tədbirlərin həyata keçirilməsi və digər istiqamətlərdə islahatların dərinləşdirliməsini nəzərdə tutan sərəncamların imzalanması, buna müvafiq olaraq normativ hüquqi aktların qəbul edilməsi dövlətimizin başçısının siyasi iradəsindən qaynaqlanır, konseptual və ardıcıl xarakter daşıyır”, - deyə Elçin Mirzəbəyli vurğulayıb.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 123

QHT və MEDİA

2018-01-19 09:55:33

QHT və MEDİA
“Müstəqil Azərbaycanın tarixində 20 yanv...
“Müstəqil Azərbaycanın tarixində 20 yanv...

Azərbaycan Milli QHT Forumunda (MQF) 20 yanvar faciəsinin 28-ci ildönümünə hə...

2018-01-18 09:00:42

QHT və MEDİA
Fransa mətbuatı avropalıların XIX əsrdə ...
Fransa mətbuatı avropalıların XIX əsrdə ...

Fransanın www.demuseele.com portalında “Bakını kəşf edək. Üq Kraftın Qafqaz s...

CƏMİYYƏT

2018-01-17 11:10:33

CƏMİYYƏT
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...

Sovetlər dönəmində Azərbaycan – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu...

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

İQTİSADİ

2018-01-19 10:15:12

İQTİSADİ
2017-ci ildə 1335 kilometr yol tikilib, ...
2017-ci ildə 1335 kilometr yol tikilib, ...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2017-ci il ərzində u...

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...