MƏDƏNİ
A- A A+

Azərbaycan filmi beynəlxalq festivalda

2018-01-06 12:15:38

.

Azərbaycanlı rejissor Şamil Əliyevin “Çölçü” filmi “GOLD MOVIE AWARDS” beynəlxalq festivalının “GODDESS NIKE” mükafatının finalına vəsiqə qazanıb. AZƏRTAC xəbər verir ki, təqdimetmə mərasimi yanvarın 11-də Londonda keçiriləcək. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş film beş qitəni əhatə edərək 33 beynəlxalq film festivallarında iştirak edib, bir sıra mükafatlara layiq görülüb. “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

“Çölçü” filminin süjeti belədir: Şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atasının vəfatından sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun tanımadığı dünyaya daxil olur...


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 422

QHT və MEDİA

2019-01-23 19:40:21

QHT və MEDİA
Şuranın dövlət orqanları tərəfindən veri...
Şuranın dövlət orqanları tərəfindən veri...

Bu gün Şuranın cənab prezident İlham Əliyevin “Dövlət orqanları tərəfindən qe...

2019-01-22 09:05:43

QHT və MEDİA
Ermənilərlə barış planı necə ola bilər?...
Ermənilərlə barış planı necə ola bilər?...

Hətta bəzi beynəlxalq təşkilatların nümayəndələri Azərbaycana və Ermənistana ...

CƏMİYYƏT

2019-01-24 08:25:18

CƏMİYYƏT
Sətir-sətir oxu məni
Sətir-sətir oxu məni

Torpaq-yurd sevgisi, dünyanın müəmmaları, böyüyə hörmət, müəllimlərə ehtiram,...

2019-01-22 20:20:14

CƏMİYYƏT
Əfsanəvi sərkərdə Həzi Aslanovun anım mə...
Əfsanəvi sərkərdə Həzi Aslanovun anım mə...

Əfsanəvi qəhrəmanın abidəsi önünə əklillərin qoyulması ilə başlanan mərasimdə...

İQTİSADİ

2019-01-22 18:40:25

İQTİSADİ
"Azərbaycan inkişaf strategiyasını beynə...
"Azərbaycan inkişaf strategiyasını beynə...

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prez...

2019-01-15 10:05:29

İQTİSADİ
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...

İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan-Azərb...