SİYASƏT
A- A A+

Müasir Azərbaycanımızın cəsurluq, qəhrəmanlıq və zəfər tarixi

2015-06-18 23:40:13

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 5 il ötür

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 5 il ötür. Göstərdiyi şücaətlə bir çox gənclərdə vətənpərvərlik hissini alovlandıran Mübariz İbrahimov bu gündə sevənləri, yaxınları və hərbiçi dostları tərəfindən anılır.
5 ildir ki, Azərbaycan xalqı 18 iyunu təkcə Milli Qəhrəmanın şəhadət günü kimi deyil, müasir Azərbaycan tarixinin cəsurluq, qəhrəmanlıq, zəfər tarixi kimi qeyd edir.
Mübariz İbrahimov 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Əsgəri xidmətini daxili qoşunların “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş kimi başa vuran Mübariz bir müddət mülki işlərdə çalışsa da, 2009-cu ilə avqust ayında yenidən gizir rütbəsində xidmətə başlayıb.
O, 2010-cu il iyunun 18-də gecə təkbaşına iki ordu arasındakı 1km-lik minalanmış sahəni keçərək Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini məhv edib. 5 saatlıq təkbətək qeyri-bərabər döyüşdə özü də qəhrəmancasına şəhid olub.
“5, 10, 20 il də keçsə Mübariz həmişə qəlbimizdədir. Onu biz unutmayacağıq. Mübarizi bütün Azərbaycan xalqı yaşadır, sevir. Bu ata-ana üçün böyük təskinlikdir ki, onların övladını özlərindən çox sevənlər var”, – deyə Mübariz İbrahimovun atası Ağakərim İbrahimov qeyd edib.
Mübariz İbrahimovun döyüş yolu gənclərə qəhrəmanlıq məktəbi kimi tədris edilməlidir - Biləsuvarlı gənclər onunla daim fəxr edəcəklərini deyirlər.
“Mübariz İbrahimov adı bizim üçün həm qəhrəmalıq simvoludur, həm də müasir Azərbaycan tarixinin təkrar olunmayacaq vətənpərvərlik nümunəsidir”, – deyə Biləsuvarlı gənc Ziya Məmmədzadə fikrini açıqlayıb.
Vətənin Mübariz oğlunun xatirəsini Biləsuvarda hamı əziz tutur. Doğulduğu ev daima müqəddəs ocaq kimi ziyarət edilir.(anspress)

 
 


Kateqoriya : SİYASƏT Baxış sayı : 1571

QHT və MEDİA

2018-02-16 09:50:08

QHT və MEDİA
Praqada Xocalı qurbanlarının xatirəsinə ...
Praqada Xocalı qurbanlarının xatirəsinə ...

Fevralın 15-də Çexiyanın paytaxtı Praqa şəhərində Xocalı qurbanlarının xatirə...

2018-02-16 08:00:06

QHT və MEDİA
Azay Quliyev: ATƏT PA-nın sessiyasında m...
Azay Quliyev: ATƏT PA-nın sessiyasında m...

ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında mühüm məsələlər müzakir...

CƏMİYYƏT

2018-02-15 10:30:05

CƏMİYYƏT
İsrail qondarma erməni soyqırımını tanım...
İsrail qondarma erməni soyqırımını tanım...

AzVision.az-ın "Jerusalem post" nəşrinə istinadən verdiyi məlumata görə, parl...

2018-02-13 09:25:38

CƏMİYYƏT
Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi...
Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi...

Bu fikirləri Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik...

İQTİSADİ

2018-02-16 10:20:34

İQTİSADİ
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...

"APA-Economics" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Ehtiya...

2018-02-16 08:15:30

İQTİSADİ
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...

"APA-Economics" xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji Birliyi üzr...