SOSİAL
A- A A+

“Wall Street International” jurnalının oxucuları Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb

2018-01-06 11:50:21

Jurnalın italyan dilindəki buraxılışı Azərbaycan səfirinin müsahibəsini dərc edib

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin “Wall Street International” jurnalının italyan dilindəki buraxılışında müsahibəsi dərc olunub. “Qara qızıl və insan kapitalı” adı ilə dərc olunmuş müsahibədə səfir jurnalist Romolo Martelloninin Azərbaycan-İtaliya münasibətləri və ölkəmizin inkişaf strategiyası, o cümlədən xarici siyasət istiqamətləri, enerji təhlükəsizliyinin təminində, nəqliyyat dəhlizlərinin, mədəniyyətlərarası dialoqun inkişafında rolu, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı kimi mövzularda suallarını cavablandırıb.

2017-ci ildə Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlərin 25 illiyinin qeyd olunduğunu, ötən illər ərzində iki ölkə arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdiyini, strateji tərəfdaşlığa nail olunduğunu vurğulayan M.Əhmədzadə 25 illik çərçivəsində keçən il təşkil edilmiş tədbirlərin əhəmiyyəti barədə danışıb. Ölkəmizin enerji strategiyası barədə məlumat verən səfir ötən illər ərzində Azərbaycanın neft və qaz yataqlarının istismarı, neft və qazın müxtəlif istiqamətlər üzrə dünya bazarına daşınması üzrə qurulmuş çoxşaxəli infrastruktur, Azərbaycanın istər enerji təchizatçısı, istərsə də enerji nəqliyyatı dəhlizinin yaradılmasına töhfə verən ölkə kimi qlobal enerji təhlükəsizliyindəki rolundan, “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətindən bəhs edib.

Azərbaycanın xarici siyasət prioritetlərindən birinin Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq olduğunu bildirən diplomat ölkəmizin Aİ-nin üzvü olan bir çox dövlətlərlə strateji tərəfdaşlıq haqqında birgə bəyanatlar qəbul etdiyini və ya imzaladığını, bu gün Azərbaycanın xarici iqtisadi əlaqələrində Aİ-nin önəmli paya malik olduğunu, hazırda müzakirə olunan strateji tərəfdaşlıq haqqında yeni sazişin əməkdaşlıqda yeni üfüqlər açacağını deyib. O, Aİ-nin Şərq Tərəfdaşlığının sonuncu Sammitindən və bu Sammit çərçivəsində qəbul olunmuş Bəyannamədə ölkələrin ərazi bütövlüyünə və suverenliyinə dəstəyin əhəmiyyətindən danışıb. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri barədə danışan diplomat Ermənistanın uzun illərdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl etmədiyini, mövcud status-kvonun saxlanılmasına çalışdığını, Azərbaycanın isə bu vəziyyətlə heç vaxt barışmayacağını və öz ərazi bütövlüyünü bərpa etmək üçün bütün vasitələrdən istifadə edəcəyini deyib. Ermənistanı sülhə məcbur etmək üçün beynəlxalq ictimaiyyətin bu ölkəyə təzyiqinin də önəmli olduğunu vurğulayan diplomat münaqişənin həlli ilə bağlı 2018-ci ildə İtaliyanın ATƏT-ə sədrliyindən gözləntilərimizi də diqqətə çatdırıb.

M.Əhmədzadə, həmçinin Azərbaycanda davamlı inkişafın təmin edilməsi üçün atılan addımlar, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı, ölkəmizin transmilli nəqliyyat dəhlizlərinin qurulmasında rolu, “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində atılan addımlar, ölkəmizin “Ekspo 2025”ə ev sahibliyi üçün namizədliyini irəli sürməsi, Azərbaycanın multikulturalizm ənənələri, İslam həmrəyliyinə və mədəniyyətlərarası dialoqa verdiyi töhfələr barədə də danışıb.

Məqalənin tam mətni ilə bu linkdən tanış olmaq mümkündür: https://wsimag.com/it/economia-e-politica/34236-loro-nero-e-il-capitale-umano (Azərtac)


Kateqoriya : SOSİAL Baxış sayı : 256

QHT və MEDİA

2018-06-21 08:45:09

QHT və MEDİA
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...

İyunun 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının təşkilatçılığı ilə Müdaf...

2018-06-20 09:15:36

QHT və MEDİA
Parisdə türk dünyası ilə bağlı silsilə t...
Parisdə türk dünyası ilə bağlı silsilə t...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfrans Beynəlxalq Türk M...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...