MÜSAHİBƏ
A- A A+

Şair Ramaldanov: Aprel döyüşləri uğurlu Horadiz əməliyyatının davamıdır

2018-01-06 11:30:16

Aprel döyüşləri uğurlu Horadiz əməliyyatının davamıdır

Bu fikirləri hərbi hissənin sabiq komandiri, polkovnik Şair Ramaldanov yanvarın 5-də jurnalistlərə müsahibəsində deyib. Ş.Ramaldanov bildirib ki, 1994-cü ilin qışında həyata keçirilən Horadiz əməliyyatı Azərbaycan xalqının qürur mənbəyidir. Bu uğurlu əməliyyat ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilib. Ulu Öndərin çağırışından sonra genişmiqyaslı səfərbərlik keçirildi, hərbi hissələr tam komplektləşdirildi və dahi rəhbərin xeyir-duası ilə hücum əməliyyatları təşkil olundu. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə ordumuzda və xalqımızda qələbəyə inam yarandı və bundan ruhlanan döyüşçülərimiz uğurlu hücum əməliyyatları ilə Füzuli rayonunun Horadiz qəsəbəsini və 21 kəndi Ermənistan ordusunun işğalından azad etdi. Ağır itkilər verən düşmən atəşkəs müqaviləsini imzalamağa məcbur oldu.

Ş.Ramaldanov qeyd edib ki, atəşkəsin elan olunması müharibənin bitməsi demək deyil. Amma düşmən hələ də atəşkəs rejimini pozur. Lakin bizim qəhrəman əsgərlərimiz ön xətdə düşmənə layiqli cavab verir, ermənilərin təxribatlarının qarşısını alırlar: “2016-cı ilin aprelində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həmin istiqamətdə yenidən öz qəhrəmanlığını göstərdi. Düşmən ağır zərbə alaraq yaşayış məntəqələrimiz üçün təhlükə yaradan mövqelərdən geri çəkilməyə məcbur oldu. Bununla da yaşayış məntəqələrimizin təhlükəsizliyi təmin edildi”.

Düşmənin ötən ilin aprelində aldığı ağır zərbədən sonra hələ də özünə gəlmədiyini vurğulayan sabiq hərbi hissə komandiri bildirib ki, aprel döyüşləri Azərbaycan əsgərinin gücünü Ermənistan ilə yanaşı, bütün dünyaya göstərdi. Artıq Ermənistan rəhbərliyi müharibə başlayacağı təqdirdə hansı aqibətlə üzləşəcəyini çox yaxşı bilir. Azərbaycan Silahlı Qüvvələrinin gücündən qorxuya düşən düşmən sosial şəbəkələrdə, mətbuatda öz narahatlığını bildirir. Bu barədə ən əsas narahatlığı Ermənistan ictimaiyyəti, erməni analar keçirirlər. Əgər Azərbaycan öz torpaqlarını hərb yolu ilə işğaldan azad etməli olsa, o zaman düşmən daha çox itkiyə məruz qalacaq.

“Horadiz əməliyyatı Azərbaycan Ordusunun qələbələrinin başlanğıcıdır. Bu uğurların davamı aprel döyüşləridir. İnanıram ki, belə qələbələrimiz bundan sonra da çox olacaq”, - deyə Ş.Ramaldanov qeyd edib.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 392

QHT və MEDİA

2019-01-21 16:05:30

QHT və MEDİA
20 Yanvar hadisələri Braziliya mətbuatın...
20 Yanvar hadisələri Braziliya mətbuatın...

Qanlı 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə bağlı Braziliyada fəaliyyət ...

2019-01-20 11:55:08

QHT və MEDİA
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ...

CƏMİYYƏT

2019-01-21 09:05:07

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...

Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “The Washington Time...

2019-01-18 22:05:32

CƏMİYYƏT
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Bəstəkarlar İttifaqı Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında...

İQTİSADİ

2019-01-15 10:05:29

İQTİSADİ
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...

İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan-Azərb...

2019-01-14 20:25:40

İQTİSADİ
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...

Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə...