SOSİAL
A- A A+

UNEC-də doktorantura və dissertanturaya qəbul başlandı

2018-01-05 17:30:02

UNEC-də təhsilin doktorantura və dissertantura pilləsinə qəbula start verilib

Qəbul fəlsəfə və elmlər doktoru proqramları üzrə doktoranturanın əyani və qiyabi şöbələri, eyni zamanda dissertanturada “daxili fiskal siyasət və dövlət maliyyəsi”, “ekonometriya-iqtisadi statistika”, “mühasibat uçotu,” “iqtisadi nəzəriyyə”, “ümumi iqtisadiyyat”, “dünya iqtisadiyyatı”, “qida məhsullarının texnologiyası”, “maşınlar, avadanlıqlar və proseslər” və “istehsalın təşkili (sahələr üzrə)” ixtisasları üzrə aparılır.

Doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunur. Dissertantura üzrə müsabiqədə iştirak edən namizədlər, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətlərə, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdır. Yüksək nüfuzlu beynəlxalq jurnallarda məqalə dərc etdirən namizədlərə üstünlük veriləcək.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturanın əyani və qiyabi şöbələrinə qəbul olunmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirəcəklər. Doktoranturaya və dissertanturaya sənədlərin qəbulu 22 yanvar 2018-ci ilədək hər həftənin I-V günləri saat 10.00-dan 16.00-dək aparılır. Qəbul imtahanları isə yanvarın 26-da başlanacaq.


Kateqoriya : SOSİAL Baxış sayı : 117

QHT və MEDİA

2018-01-16 14:35:22

QHT və MEDİA
UNEC-də "Açıq qapı" günü
UNEC-də "Açıq qapı" günü

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İctimai Nəzarət Şurasının üz...

2018-01-14 08:40:12

QHT və MEDİA
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...

“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir”. Bu barədə Avro...

CƏMİYYƏT

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

2018-01-12 09:35:45

CƏMİYYƏT
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...

Azərbaycan Ordusunun hərb yolu ilə düşmən üzərində tam qələbə əldə etməsi şüb...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...