SİYASƏT
A- A A+

Horadiz əməliyyatının 24-cü ildönümü qeyd edilib

2018-01-05 15:10:38

Azərbaycan Silahlı Qüvvələrinin 24 il əvvəl həyata keçirdiyi uğurlu Horadiz əməliyyatının ildönümü qeyd edilib

APA-nın məlumatına görə, bu münasibətlə Horadiz əməliyyatında iştirak etmiş hərbi hissənin veteranları əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını, daha sonra Şəhidlər Xiyabanında hərbi hissənin zabiti, Milli Qəhrəman Elxan Zülfüqarovun və həmin döyüşlərdə şəhid olmuş döyüşçülərin məzarlarını ziyarət ediblər.

Hərbi hissənin sabiq komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Horadiz əməliyyatı ilə 20-dən çox yaşayış məntəqəsi, o cümlədən Horadiz qəsəbəsi və Cocuq Mərcanlı kəndi düşmən işğalından azad edilib: "1993-cü ildə mərhum prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xalqda, döyüşçülərdə qələbəyə inam yarandı. Heydər Əliyevin xeyir-duası ilə hücum əməliyyatı keçirildi. Düşməni 25-30 kilometr qova bildik. Xeyli itkiyə məruz qalan erməni tərəfi Bişkek protokolunu imzalamağa məcbur oldu. Müharibə hələ bitməyib. 2016-cı ilin aprel ayında yaşayış məntəqələrimizin təhlükəsizliyini təmin etmək məqsədilə düşmənə sarsıdıcı zərbələr endirildi. Aprel döyüşləri Horadiz əməliyyatının davamı idi. Düşmən hələ də bu zərbədən özünə gələ bilməyib. Azərbaycan Silahlı Qüvvələrinin imkanları erməniləri qorxuya salıb".

Qeyd edək ki, 1993-cü ilin dekabrından başlayaraq 1994-cü ilin fevralına kimi davam edən hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Horadiz qəsəbəsi, rayonun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni işğalından azad edilib. Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə bir neçə nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 350

QHT və MEDİA

2018-10-22 09:55:11

QHT və MEDİA
"Star" layihəsinin siyasi və təhlükəsizl...
"Star" layihəsinin siyasi və təhlükəsizl...

Bu barədə Trend-ə Milli Məclisin deputatı Azay Quliyev bildirib. A.Quliyev qe...

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-21 23:20:27

İQTİSADİ
“Star” neft emalı zavodunun açılışı regi...
“Star” neft emalı zavodunun açılışı regi...

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türki...

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...