QHT və MEDİA
A- A A+

Televiziyada şou proqramlar və məsuliyyətli davranış məsələsi

2018-01-04 19:50:52

.

Bu gün sorğu aparsaq görərik ki, tamaşaçıların xeyli hissəsi xarici kanalları izləməyə daha çox önəm verir.Təbii ki, bunun ciddi səbəbləri var. Düzdür, heç kimə qadağa qoymaq olmaz ki, sən yalnız yerli kanalları seyr et. İnzibati resurslar hesabına bunu etməkdə mümkün deyil. Ancaq bütün bu məqamlar düşünməyə əsas verir ki, öz teleməkanımıza diqqət yetirək. Ədalət naminə demək lazımdır ki, Azərbaycan telekanallarında normal verilişlər, maarifləndirici layihələr var. Mən bəzən düşünürəm ki, belə maarifçilik missiyası daşıyan verilişlər Azərbaycan gəncinə, yeniyetməsinə, ümumilikdə hər kəsə yalnız fayda verər.

Xüsususilə, professor Məhərrəm Qasımlının müəllifliyi ilə hər şənbə “Mədəniyyət” kanalında yayımlanan, aşıq sənətini tədqiq və təbliğ edən “Saz-söz axşamı” verilişi mən deyərdim folklor məktəbidir. Bu kateqoriyadan olan çəlbedici proqramlar var. Həmçinin böyük sənəkarımız aşıq Ədalət haqqında, dünya şöhrətli alim Lüfi Zadə haqqında və digər şəxsiyyətlərlə bağlı çəkilən, nümayiş olunan sənədli filmllər, başqa telelayihələr auditoriya üçün əhəmiyyətlidir. Yaxşı sənət, gözəl musiqi, bəşəriyyətə xidmət edən elm əslində sərhəd tanımır. Hər bir xalqın malıdır. Biz bir çox hallarda yaxşıların qədrini zamanında bilmirik. Yəni sözümün canı odur ki, Azərbaycan teleməkanında belə sanballı telelayihələr olub və indi də var. Yetər ki, onları seyr edib dəyərini verəsən. Ancaq bütün bunlar məsələnin bir tərəfidir.

Bəs, Azərbaycan tamaşaçısını bezdirən, dərhal kanalları dəyişməyə məcbur edən nədir? Bu məqamlar üzərində düşünmək lazımdır.

Etiraf etmək lazımdır teleməkanda ciddi problemlər hələ də qalmaqdadır. Bu gün təəssüf doğuran odur ki, bəzi tv-lərdəki elə şou aparıcıları uzun müddət çalışmalarına baxmayaraq, bu şəxslərdə elementar efir mədəniyyəti formalaşmayıb. Məsələ ondadır ki, belə şəxslərin verilişləri auditoriya toplaya bilir. Həmin auditoriyanın zövqü və intellektual səviyyəsinin necə olmasının heç bir əhəmiyyəti yoxdur.

Bütün hallarda teleleviziya verilişi hadisələrin fövqündə duraraq zərərli tendensiyalardan uzaqlaşaraq maarifçilik missiyasını qismən də olsa yerinə yetirməlidir. Hər dəfə təkrar-təkrar qeyd olunur, belə verilişlərdə məqsəd cəmiyyətə informasiya vermək, maarifləndirmək və həmçinin bütün bunlarla bərabər əyləndirmək funksiyası əsas hədəf olmalıdır. Tamaşaçını əndazəni gözləmək şərtilə əyləndirmək və informasiya vermək şou proqramın vacib elemetidir.

Xoşa gəlməyən hal odur ki, bu verilişlərin bəzi aparıcılarında mütaliəsizlik kəskin şəkildə özünü göstərir. Bu qənaətə gəlmək olar ki, şou proqram aparıcısında təhsilsizlik, mütaliənin bərbad gündə olması, öz üzərində zəif çalışması və digər səbəblər belə verilişin ortalığa çıxmasına gətirib çıxarır. Bəlkə də ifadə yumşaq səslənəcək. Həmin şəxslər 10 il əvvəl necə olubsa, demək olar ki, indi də eyni şit, bayağı verilişlə auditoriya qarşısına çıxırlar.

Peşəkar teletəndiqin olmaması bu şəxslərin əl-qol açmasına rəvac verib. Kimisi toyxananın çox pis variantını efirə gətirir. Kimisi intellektual yenilik edə bilmədiyinə görə, qadın müğənnilərin pul kisəsini eşələməyə, xanım müğənnilərin makiyajlarının silinməsinə, daha hansısa səviyyəsiz addımlara əl atır. Ay zalım uşağı, bəlkə arada bir kitab oxuyun, çünki mütaliə təfəkkürün formalaşmasına təsir edir.

Onu da etiraf etmək lazımdır ki, televiziyanın birbaşa tamaşaçının istəyinə, zövqünə uyğun proqram qurması özü-özlüyündə mənfi tendensiyalara yol açar. Ancaq balansı qoruyaraq, teleticarət işini quraraq əsas milli strateji hədəflərə doğru getmək mümkündür. Telekanal tamaşaçıya ağıl öyrətmək yox, maarifçilik işi ilə bərabər hər evə xoş aura gətirməlidir. Qıcıq doğuracaq yüngül şoularla, maraqsız və baxılması qəliz olan seriallarla kövrək cəmiyyəti ovundurmaq, əyləndirmək çətindir. Bu məsələdə ən azından balansı qorumaq lazımdır.

Bu gün TV-də və media sahəsində reklam bazarı çox ciddi məsələdir. Bu sahə həqiqətən geniş araşdırılmalı və problemlər həll olunmalıdır. Telekanallarda reklam məsələsi ilə bağlı çox qısa bir məqama toxunmaq istərdim. Görəsən, yalnız pul qazanmaq xatirinə efiri bazara döndərmək hansı dəyərlərə sığır? Əgər televiziyada hər hansı filmin nümayişi zamanı reklam fasiləsi elan olunaraq 20-25 dəqiqə (bəlkə daha çox) müddətində eyni məhsulları və yaxud xidmətləri təkrar-təkrar reklam edirlərsə, bu, hansı qanuna və məntiqə sığır? Burada yalnız “Reklam Haqqında” qanun tələblərini pozmaqdan və tamaşaçıya qarşı hörmətsizlikdən söhbət gedə bilər.

Vətənpərvərlik peşəkar və məsuliyyətli davranışa çevriləndə çox faydalı olur. Vay o gündən ki, vətənpərvərlikdə şəxsi maraqlar və məsuliyyətsiz yanaşma olsun. Əlqərəz, cəmiyyətin və tv-lərdə şou proqramların formalaşmasında, inkişafında yaxşı təhsillə bərabər məsuliyyətli vətənpərvərlikdə zəruridir. Normal təhsili olan şəxs istənilən sahədə fayda verər. Keyfiyyətli təhsilin verilməsi, əxlaqlı münasibətin tətbiqi və nəhayət hər kəsin öz intellektual potensialına güvənib irəliləməsi üçün şəraitin yaradılması zəruridir.
Əkrəm Bəydəmirli


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1113

QHT və MEDİA

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...