MÜSAHİBƏ
A- A A+

Şamil Sabiroğlu: “Torpaqlarımızın 2018-ci ildə düşmən tapdağından azad ediləcəyinə inanıram!"

2018-01-03 10:15:10

.

Yeni təqvim ilinin ilk günlərini yaşayırıq. İstirahət günləri olsa da, müəyyən ictimai-iaşə obyektləri, hərbi hissələrin şəxsi heyəti, şəfa ocaqlarının əməkdaşları, ölkəmizin ictimai asayişini qoruyanlar, kommunal xidmət əməkdaşları, neftçilər, habelə, teleradio şirkətlərinin əməkdaşları iş başındadır. "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, "fact-info.az" və "xebertv.az" saytlarının redaktoru, "Ana harayı" qəzetinin baş redaktoru, "Tərəqqi" medalının mükafatçısı Şamil Sabiroğlu da iş başındadır. İşıqlı həyatını Azərbaycanın dövlət müstəqilliyinin və ərazi bütövlüyünün bərpasına həsr etmiş bu insan, sözün həqiqi mənasında canlı tarixdir.

Biz, Şamil müəllimlə görüşdük, 2017-ci ildə təşkil etdikləri tədbirlər, 2018-ci ildən isə nələr gözlədiklərini soruşduq. Ş.Sabiroğlu dedi:

- Rəhbərlik etdiyim təşkilat Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasında Azərbaycan dövlətinə və xalqına yardımçı olmağa çalışır. Biz, istər ölkə daxilində, istərsə də, onun hüdudlarından kənarda Azərbaycan həqiqətlərinin tanınması üçün məqsədyönlü fəaliyyət göstəririk. 2016-cı ildə birlik sədrinin müavini (ictimai əsaslarla) Dilbər Sultanovanın və Birliyin Gəncə Regional şöbəsinin sədri Aqil Məmmədovun təşəbbüsü, “İzmir Azerbaycan Dostluk ve Dayanışma Dernegi”nin təşkilati dəstəyi, Türkiyənin İzmir şəhəri Bornovo Bələdiyyəsinin maliyyə dəstəyilə Azərbaycan -Türkiyə Dostluq parkı və Xocalı soyqırımının qurbanlarının əziz xatirəsinə abidə qoyuldu. 2017-ci ildə isə Türkiyənin Samsun Böyükşəhər Bələdiyyəsinin dəstəyilə həmin şəhərin ərazisində Xocalı soyqırımının qurbanlarının əziz xatirəsinə abidə qoyuldu. 2016-cı ilin sonu, 2017-ci ilin əvvəllərində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Biz, soyqırım və terrora yox deyirik!"adlı sənədli film istehsal etdik. Filmdə dünyada gedən müharibələr, xüsusən də, ərəb ölkələrində dinc əhalinin işgəncələrə məruz qalması haqda maraqlı faktlar var. Xatırladıram ki, Türkiyənin Azərbaycandakı Səfiri Erkan Özoral, Milli Məclisin deputatları Flora Qasımova, Elman Məmmədov, Qənirə Paşayeva, Adil Əliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix kafedrasının müdiri, prof. Vəli Əliyev, Azərbaycan Tibb Universitetinin əməkdaşı, Professor, Tibb Elmləri doktoru Mübariz Allahverdiyev, Xocalı soyqırımının canlı şahidlərindən olan Kərbəlayi Hüseynağa Quliyev və başqaları bu filmdə müsahibə vermişlər. Bundan başqa, Birliyin üzvü, Xocalı soyqırımı zamanı erməni terrorçuları tərəfindən girov götürülmüş Dürdanə Ağayeva məlum soyqırımdan bəhs edən yeni bir kitab üzərində çalışır.

-Şamil müəllim, bilirik ki, Siz, mütəmadi olaraq cəbhə bölgələrinə gedir, zabit və əsgərləri sevindirirsiz.

-Bəli.Təkcə 2017-ci ildə 10 hərbi hissədə maraqlı görüş və viktorinalar təşkil etdik. Hər gedişimiz zamanı hərbi hissələrin şəxsi heyəti qarşısında mədəniyyət və incəsənət ustalarının görüşlərini təşkil etdik.Yeri gəlmişkən, Azərbaycan Ordusunun şəxsi heyətilə görüşlərin təşkil olunmasına icazə verdiyi üçün Müdafiə Nazirliyinin rəhbərliyinə, sərhədçilərlə görüşə icazə verdiyinə görə Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə, Daxili Qoşunların “N”saylı hərbi hissəsinin şəxsi heyətilə görüşə icazə verdiyi üçün Daxili İşlər Naziri, General-polkovnik cənab Ramil Usubova təşəkkür edirəm. Biz, orta ümumtəhsil və ali təhsil müəssisələrində də döyüşlər zamanı şəhid olan oğulların anım mərasimlərini təşkil etdik.Bundan başqa, Daxili Qoşunların “N”hərbi hissəsinin 1000 nəfərdən çox şəxsi heyəti qarşısında Azərbaycan Polisinin peşə bayramını qeyd edilməsi, 2017-2018-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında 700 bal toplamış tələbələrlə görüş də Birliyin üzvləri tərəfindən çox maraqla qarşılandı.

-Gördüyünüz işlərin mediada işıqlandırılması necə təşkil edilib?

-Etiraf edim ki, bu sahədə vəziyyət yaxşı deyil. Özüm 20 ildən artıq müddətdə jurnalistika sahəsində çalışsam da, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin mətbuatla əlaqələrini düzgün qurmamışam. Səmimi etiraf çox gözəl şeydir. Həm də böyük uğurlara imza atsaq da, Birliyin indiyədək Bakı şəhərində daimi ofislə təmin edilməməsi işimizi xeyli ləngidib. Biz, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə dəfələrlə müraciət etsək də, onlar hələ də ictimai fəallığı ilə seçilən bir təşkilata kömək etməkdən boyun qaçırırlar. Lakin, bəzi Teleradio Şirkətləri, məsələn, “İctimai Televiziya və Radio Yayımları”Şirkəti, “Lider TV, Radio Azərbaycan” MMC, “Space” Müstəqil Teleradio Şirkəti, "Azad Azərbaycan" Teleradio Şirkətinin rəhbərliyi və “ARB Aran” Tele-Kanalının rəhbərliyi zərurət yarandıqda bizdən öz dəstəyini əsirgəmir. “azertag.az”, “fact-info.az”, “xebertv.az”, “dunyaxeber.info”, “versus.az”, “icxeberler.info”, “miq.az”, “lent.az”, “djb.az” saytları tədbirlərimizi mütəmadi olaraq işıqlandırırlar. Azərbaycanın kütləvi informasiya vasitələri arasında "Azad Azərbaycan" Teleradio Şirkətinin öz yeri, öz dəst-xətti var. 2017-ci ilin sonunda təcrübəli televiziya işçisi Azər Xəlilov bu teleradio kanalına rəhbər təyin edildi. Azər müəllim, Moskva Dövlət Universitetini bitirib. Müxtəlif dövlət orqanlarında, habelə, "ATV İnterneyşl" və "CBC" Tele-Kanallarına rəhbərlik edib. Ən əsası, daim sadə insanların içində olub, sadəliyi ilə də hörmət qazanıb. Azər müəllim "ATV İnterneyşl"-ə rəhbərlik edərkən tanınmış jurnalist Eldar İsgəndərzadənin redaktorluğu, rejissor Elşən Zeynallının dəstəyilə "Günəşin batdığı yer..."sənədli filmi istehsal olundu.XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından bəhs edən həmin filmdə rəhbərlik etdiyim "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin də müəyyən informasiya dəstəyi oldu. Bu yaxınlarda Azər müəllimlə görüşdüm və birgə əməkdaşlıq haqda razılığa gəldik.

-2018-ci ildə ölkəmizin hansı uğurları olacağına inanırsız?

- Bu il Azərbaycanın dövlət müstəqilliyinin və Silahlı Qüvvələrimizin yaradılmasının 100-cü ildönümü tamam olur. İnanıram ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Ordumuz dədə-baba torpaqlarımızın düşmən tapdağından azad edilməsinə nail olacaqdır. Mən, "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin bütün fəalları adından Azərbaycan xalqını, Silahlı Qüvvələrimizin şəxsi heyətini, o cümlədən, mediada çalışan dostlarımızı və "Azad Azərbaycan" teleradio Şirkətininin əməkdaşlarını - başda dəyərli Azər Xəlilov olmaq şərtilə - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni 2018-ci təqvim ilinin başlanması münasibətilə təbrik edir, gələcək işlərində uğurlar arzulayıram. İnanıram ki, 2018-ci il tarixə dədə-baba torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi il kimi daxil olacaqdır.


Söhbəti yazdılar:

Fact-info.az saytının əməkdaşları

Toğrul və Şamilə

  • @continue

Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 749

QHT və MEDİA

2018-10-15 09:20:41

QHT və MEDİA
Məsud Əlioğlu: özü, sözü, şəxsiyyəti...
Məsud Əlioğlu: özü, sözü, şəxsiyyəti...

1928-ci il oktyabrın 5-də, Qubadlı rayonunun Mahmudlu kəndində. Elə ibtidai t...

2018-10-12 22:40:23

QHT və MEDİA
Azay Quliyev Berlində Almaniya-Azərbayca...
Azay Quliyev Berlində Almaniya-Azərbayca...

ATƏT PA-nın vitse prezidenti, Milli Məclisin deputatı Azay Quliyev 15 oktyab...

CƏMİYYƏT

2018-10-12 22:25:37

CƏMİYYƏT
Azərbaycanlıların Ermənistandakı ata-bab...
Azərbaycanlıların Ermənistandakı ata-bab...

Trend-in məlumatına görə, Q.Paşayeva bildirib ki, Azərbaycanın qədim bölgəsi ...

2018-10-11 08:10:51

CƏMİYYƏT
Görkəmli şərqşünas alim, professor Aida ...
Görkəmli şərqşünas alim, professor Aida ...

Oktyabrın 10-da dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim,...

İQTİSADİ

2018-10-15 09:15:37

İQTİSADİ
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...

Bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kaf...

2018-10-08 10:05:23

İQTİSADİ
QHT regionlarda maarifləndirici tədbirin...
QHT regionlarda maarifləndirici tədbirin...

Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlə...