QHT və MEDİA
A- A A+

Amerikada çıxan “The Hill” nəşri Azərbaycandan yazıb

2017-12-30 12:50:41

.

Amerikada çıxan “The Hill” nəşrində siyasi icmalçı, “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi Raul Loueri Kontrerasın “Bayram ümidi: Xristianların və müsəlmanların dinc yanaşı yaşamasına bir baxış” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə Azərbaycanda mövcud tolerantlıq, habelə müsəlmanların, xristianların, yəhudi və digər dini icmaların nümayəndələrinin dinc yanaşı yaşamasından bəhs edilir.

Bu yaxınlarda Azərbaycanda səfərdə olmuş Kontreras hələ də həmin səfərin təəssüratı altında olduğunu vurğulayaraq yazır ki, Yaxın Şərqin bəzi müsəlman ölkələrində xristianlara qeyri-tolerant münasibət müşahidə olunduğu halda əhalisinin 95 faizdən çoxu müsəlmanlar olan Azərbaycanda hər addımda Milad bayramı atributlarına rast gəlmək olar.

Amerikalı müəllif bu yaxınlarda Azərbaycanda olub, Bakıda keçirilmiş “2017 – İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda iştirak edib. Bütün dünyadan, o cümlədən ABŞ, Yaponiya, İndoneziya, Hindistan, Mərkəzi Asiya, Rusiya, Pakistan, Bosniya və Herseqovina, Yunanıstan, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Vatikan və Avropanın bir sıra ölkələrindən olan ekspertlərin və din xadimlərinin iştirak etdiyi konfransda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Kontreras yazır ki, Prezident Əliyev öz nitqində ölkədə mövcud olan tolerantlıq barədə, həmçinin Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi ilə nəticələnmiş erməni təcavüzü və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə Ermənistanın hələ də etinasızlıq göstərməsi haqda danışıb.

Kontreras qeyd edir ki, Azərbaycan başqa dinlərə və etnik qruplara tolerant münasibəti ilə məşhurdur. Azərbaycanda müxtəlif dini icmaların mövcud olmasından söhbət açan amerikalı ekspert Bakıda Rus Pravoslav Kilsəsini, katoliklərin kilsəsini, müsəlman məscidlərini, habelə yəhudi sinaqoqunu ziyarət etməsini xatırlayaraq yazır ki, Bakıdan bir qədər şimalda bir-birinin yaxınlığında yerləşən iki sinaqoqda və məsciddə olub.

Azərbaycan cəmiyyətində tolerantlığın yüksək səviyyədə olmasını, Azərbaycan rəhbərliyinin bu ölkədə multikonfessionallığa göstərdiyi diqqəti vurğulayan Kontreras yazır ki, Bakıda erməni kafedral kilsəsi və orada toplanmış, qədim erməni dilində olan 5000-dən çox kitab Azərbaycan hökumətinin dəstəyi ilə qorunub saxlanılır.

Ekspert öz məqaləsinin sonunda yazır ki, Azərbaycanda başqa dinlərə bu cür diqqət yetirilməsi onu çox mütəəssir edib və hər halda bizim planetdə sülhün bərqərar olacağına ümid var.(Azərtac)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 556

QHT və MEDİA

2019-08-22 11:55:39

QHT və MEDİA
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “MiQ-29” tipli döyüş təyyarəsini...

2019-08-22 09:55:34

QHT və MEDİA
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...

Los-Ancelesdə fəaliyyət göstərən və İran yəhudilərinin ABŞ-da ən böyük sinaq...

CƏMİYYƏT

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...