MƏDƏNİ
A- A A+

Məmməd Aslanın "Sözün özü" kitabı

2017-12-30 12:30:08

.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda mərhum şair Məmməd Aslanın "Sözün özü" kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə millət vəkilləri, ictimai xadimlər, yazarlar, şairin ailə üzvləri, oxucular və media nümayəndələri iştirak ediblər.

Təqdimatı giriş sözü ilə açan "Azərnəşr"in baş redaktoru Əlövsət Ağalarov kitabın ərsəyə gəlməsində zəhməti keçən hər kəsə və tədbirə təşrif buyuranlara təşəkkürünü bildirib, Məmməd Aslan yaradıcılığından, "Sözün özü" kitabına toplanan nümunələrdən bəhs edib. Məmməd Aslanla tanışlığından söz açan Xalq şairi Sabir Rüstəmxanlı onunla bağlı xatirələrini danışıb, ona həsr etdiyi şeirini oxuyub.

Millət vəkili Qənirə Paşayeva "Ərzurumun gədiyinə varanda" kitabından söz açıb, şairin türk dünyasına verdiyi ədəbi töhfələrdən geniş bəhs edib. Millət vəkili Fazil Mustafa çıxışında diqqəti Məmməd Aslanın uşaq şeirlərinə və balacalar üçün hazırladığı televiziya verilişlərinə çəkib, onların gənc nəsilin yetişməsindəki əhəmiyyətini vurğulayıb.

Şair Ramiz Qusarçaylı mərhum şairlə xatirələrindən söz açıb. Professorlar Şahlar Əsgərov və Qulu Məhərrəmli həyat və yaradıcılığına riyazi aspektdən və fəlsəfi-estetik baxımdan yanaşıb, Əməkdar jurnalist Flora xanım Xəlilzadə isə şeirlərindəki bədiiliyin və dilin yüksək məziyyətlərini qeyd edib.

Filologiya elmləri üzrə fəlsəfə doktoru İlham Məmmədli, dosentlər Mirvari Verdiyeva və Ələmdar Cabbarlı, şairlərdən Oqtay Rza, Adil Cəmil, Məlahət Yusifqızı, Fərqanə Mehdiyeva, Xəqani Həbiboğlu, Kamil Təbib, ağsaqqal Vəliyəddin İsmayılov, aşıq Ədalət Dəlidağlı, Güney Azərbaycandan təşrif buyurmuş soydaşlarımız Böyük Bəy Ələkbəroğlu, aşıq Əli Səlimi və aşıq Gülməmməd, "Aşıq Şəmşir" Mədəniyyət Ocağının üzvləri və başqaları çıxış edərək şairə olan sevgilərini bildirib, onun şeirlərini səsləndiriblər.

Sonda mərhumun qızı Təbrizə xanım və onun həyat yoldaşı Rüstəm bəy tədbiri ərsəyə gətirənlərə - kitabın işıq üzü görməsində zəhməti olan millət vəkili Cavid Qurbanova, "Azərnəşr"in baş redaktoru Əlövsət Ağalarova və "Vətənoğlu" nəşriyyat evinin kollektivinə və iştirakçılara minnətdarlıq bildiriblər.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 362

QHT və MEDİA

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...