SOSİAL
A- A A+

Musiqi Məktəbinin 60 illik yubileyi keçirilib

2017-12-30 10:55:24

.

Göyçaydan söhbət düşəndə, ağır zəhmət bahasına başa gələn nar düşür yadımıza. Rayon əhalisinin zəhmətsevərliyi sayəsində burda kənd təsərrüfatı,əkinçilik də yaxşı inkişaf edib.Gözəl qəlbə malik xeyirxah insanları isə geniş söhbətin mövzusudur. Biz, 2017-ci ilin aprel ayında "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin Mərkəzi Aran rayonları üzrə şöbəsini yaradanda da rəhbər heyətini Göyçaydan seçdik. 2 ali məktəbi bitirmiş Vüsal Əminağa oğlu Mirzəyev Regional şöbənin sədri təyin edildi. Regional şöbənin tədbirlər planına uyğun olaraq, 2018-ci il yanvarın 11-də Göyçay şəhidlərini anma mərasimi keçiriləcək.

Sevindiricidir ki, Göyçay rayonunu təmsil edən alimlər, həkimlər, habelə, musiqçilər var. Məlumat aldım ki, bu günlərdə Arif Məmmədov adına Göyçay Uşaq Musiqi Məktəbinin 60 illik yubileyi keçirilib.Yubiley gecəsində rayon İcra hakimiyyətinin Başçısı çox hörmətli Mehdi Səlimzadə iştirak və çıxış edib.Tədbirin ən maraqlı anlarından biri-tanınmış musiqişünas Arif Məmmədovun qızı,ixtisasca həkim olan Gülər İbrahimovanın da yubiley mərasimində iştirak etməsidir. Fürsətdən istifadə edərək, Arif Məmmədov adına Göyçay Uşaq Musiqi Məktəbinin bütün işgüzar kollektivini-başda hörmətli Rövşən Zamanov olmaqla- 60 illik yubiley münasibətilə səmimi qəlbdən təbrik edir, doğma yurdumuzun rifahı naminə yeni -yeni uğurlar arzulayıram.

Şamil Sabiroğlu,

"Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin sədri, "fact-info.az" və "xebertv.az"saytlarının redaktoru, "Ana harayı"qəzetinin baş redaktoru, "Tərəqqi"medalının mükafatçısı, Qarabağ qazisi.


Kateqoriya : SOSİAL Baxış sayı : 313

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...