SİYASƏT
A- A A+

Mehriban Əliyeva: "Azərbaycan İslam aləminin ayrılmaz hissəsidir"

2017-12-29 23:25:40

"Azərbaycan İslam aləminin ayrılmaz hissəsidir"

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dekabrın 29-da Heydər Əliyev Fondunun Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində “Buta” sarayında uşaqlar üçün təşkil etdiyi ənənəvi şənlikdə deyib.

"Ümidvaram ki, 2017-ci il sizin hər biriniz üçün, bütün Azərbaycan xalqı üçün uğurlu oldu. Ölkəmizdə abadlıq, quruculuq işləri davam edir, şəhərlərimiz, kəndlərimiz, regionlarımız gözəlləşir, inkişaf gedir. Bildiyiniz kimi, 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmuşdu. Azərbaycan İslam aləminin ayrılmaz hissəsidir. Biz öz dinimizə, tariximizə, mədəniyyətimizə böyük hörmətlə, böyük diqqətlə yanaşırıq. Eyni zamanda, biz dünyaya açıq ölkəyik. Biz digər dövlətlərlə əməkdaşlığımızı qardaşlıq və qarşılıqlı hörmət əsasında qurmaq istəyirik. Bildiyiniz kimi, bu il paytaxtımızda IV İslam Həmrəyliyi Oyunları böyük uğurla keçdi, idmançılarımız bizi dəfələrlə sevindirdilər, bizim bayrağımız ucaldı, himnimiz səsləndi. Eyni zamanda, bu Oyunlar bütün İslam ölkələrinin nümayəndələrini bir araya gətirərək əsl həmrəylik bayramı oldu, əsl dostluq və qardaşlıq təntənəsinə çevrildi", - Birinci vitse-prezident bildirib.

M.Əliyeva qeyd edib ki, 2017-ci ildə təkcə Azərbaycan üçün yox, bütün region üçün çox vacib irimiqyaslı layihələr həyata keçirildi: "Bildiyiniz kimi, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi, “Əsrin kontraktı”nın 2050-ci ilə qədər davam edəcək ikinci mərhələsinə imza atıldı. Digər sahələrdə işlər davam edir. Biz qarşımızdakı məsələləri ardıcıl olaraq həll edirik, problemləri aradan qaldırırıq. Ölkəmizdə yeni məktəblərin, uşaq bağçalarının tikintisi və təmiri davam edir, uşaqların ən yüksək səviyyədə təhsil alması üçün bütün şəraitlər yaradılıb. Bakı şəhərimiz gündən-günə gözəlləşir. Regionlarımız gözəlləşir, yeni yollar salınır, ölkəmiz abadlaşır".


Kateqoriya : SİYASƏT Baxış sayı : 170

QHT və MEDİA

2018-02-22 17:10:35

QHT və MEDİA
Regionlarda gənclərin bilik və bacarıqla...
Regionlarda gənclərin bilik və bacarıqla...

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və Mərhəmət Kimsəsizlərə Yardım ...

2018-02-21 17:00:17

QHT və MEDİA
“Cəzasız cinayət” - Xocalı soyqırımından...
“Cəzasız cinayət” - Xocalı soyqırımından...

Filmin məsləhətçisi BDU-nun rektoru, akademik Abel Məhərrəmov, ssenari müəlli...

CƏMİYYƏT

2018-02-22 17:20:31

CƏMİYYƏT
“Xocalı şahidləri danışır” kitabının təq...
“Xocalı şahidləri danışır” kitabının təq...

Fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Xocalı şahidləri danışır” kitab...

2018-02-20 08:25:22

CƏMİYYƏT
Şəhid atası: "Övladımın şəhidliyi mənə m...
Şəhid atası: "Övladımın şəhidliyi mənə m...

UNEC-in İqtisadiyyat fakültəsində keçirilən tədbirdə şəhidin müəllimləri, dos...

İQTİSADİ

2018-02-22 10:10:43

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişi...
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişi...

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınması yəqin ki, bu ilin sonunad...

2018-02-20 08:10:24

İQTİSADİ
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...

AZƏRTAC Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, "A...