QHT və MEDİA
A- A A+

Gənclərimiz orduda xidməti şərəf bilir

2017-12-28 15:30:50

.

“Gələcəyin sağlam əsgəri” fərdi layihəsi çərçivəsində sonuncu tədbir Bakıdakı 2 saylı Texniki-Humanitar Liseydə keçirilib. Dekabrın 27-də baş tutan tədbirdə liseyin şagird və müəllimləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Amil Şirinli qeyd edib ki, artıq Azərbaycan gəncləri hələ uşaq yaşlarından özlərini sağlam ordu xidmətinə hazırlamağın qayğısına qalır.

“Bizim gənclər orduda xidməti şərəf məsələsi sayır. Ona görə də hər bir gəncimiz istəyir ki, bu xidməti keçsin, Vətənə borcunu qismən də olsa qaytarsın. Ümumiyyətlə, Azərbaycan gəncləri işğalçı Ermənistan gənclərindən fərqli olaraq orduda xidmətə can atırlar. Halbuki düşmən ölkənin gəncləri hər cür bəhanə ilə ordudan yayınmağa çalışırlar”, - deyə Amil Şirinli bildirib.

Tədbirdə liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Nuranə Şıxəliyeva, tərbiyə işləri üzrə təşkilatçı direktor müavini Kəmalə Abbasova da iştirak edib. Onlar öz çıxışlarında Azərbaycan dövlətinin, Ali Baş Komandan, Prezident İlham Əliyevin şəxsən hər bir gəncin sağlam əsgərlik həyatı keçməsinə qayğıyla yanaşdığını qeyd ediblər.

Maraqlı keçən tədbirdə ayrı-ayrı suallar ətrafında fikirlər söylənib, müzakirə aparılıb.

Qeyd edək ki, “Gələcəyin sağlam əsgəri” fərdi layihəsini Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu maliyyələşdirir. 2 saylı liseydəki tədbir layihə çərçivəsində keçirilən dördüncü tədbirdir. Bu vaxtadək olan tədbirlər də eyni maraqla qarşılanıb.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1153

QHT və MEDİA

2020-07-04 17:00:04

QHT və MEDİA
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-07-04 10:00:19

QHT və MEDİA
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...

Prezident İlham Əliyevin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağl...

CƏMİYYƏT

2020-06-30 07:50:04

CƏMİYYƏT
Cərimələrin qaldırılması ilə bərabər mən...
Cərimələrin qaldırılması ilə bərabər mən...

Əgər pandemiya ilə mübarizədə maarifçilik işi effekt vermirsə , o zaman cəri...

2020-06-25 09:05:04

CƏMİYYƏT
Şirməmməd Hüseynovu yenidən oxumaq......
Şirməmməd Hüseynovu yenidən oxumaq......

Professor Şirməmməd Hüseynovu bir müəllim kimi 1964-cü ildən - Bakı Dövlət Un...

İQTİSADİ

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...

2020-06-23 08:05:19

İQTİSADİ
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...

İslahat kəliməsi ərəbcədən dilimizə keçmiş və ifadəcə “daha yaxşısı üçu...