MÜSAHİBƏ
A- A A+

Əli Həsənov: "Etnik separatizm meyillərini beynəlxalq hüququn gücü ilə dayandırmaq olar"

2017-12-28 14:00:06

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi bu fikri İsrailin “The Jerusalem Post” qəzetinə müsahibəsində söyləyib

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İsrailin “The Jerusalem Post” qəzetinə müsahibə verib.

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi beynəlxalq münasibətlər üzrə tanınmış ekspert, jurnalist Arye Qutun müsahibəsini təqdim edir.

- Müasir dövrdə dünyanın bir çox ölkələrində separatizm meyillərinin, xüsusilə də etnik separatizmin güclənməsi regional və beynəlxalq təhlükəsizliyə hansı təhdidlər yaradır? Bu problemin səbəbləri barədə nə demək olar?

- Müasir dövrdə dünyada etnik, dini, irqi və digər fərqliliklər əsasında separatizm hallarının artması regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən mühüm amillərdən biridir. Etnik separatizm bir qayda olaraq, millətlərarası, bəzən dövlətlərarası, hətta mədəniyyətlərarası münaqişələr doğurur ki, onların da çoxu hərbi toqquşmalarla müşayiət olunur. Bu münaqişələrin yayılma coğrafiyası demək olar ki, dünyanın əksər bölgələrini əhatə edir. Təəssüflə qeyd etməliyik ki, Yaxın və Orta Şərqdə, Asiyanın digər regionlarında, Afrika, Avropa və Amerikada bu cür münaqişələr və qarşıdurmalar uzun illərdir davam edir.

Soyuq müharibənin başa çatmasından sonra keçmiş SSRİ məkanında etnik separatizm meyillərinin yeni dalğası meydana gəldi. Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an sarsıda biləcək potensial təhlükə mənbəyidir. Bu münaqişələr beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyü və suverenliyinin ciddi təhlükəyə məruz qalmasına gətirib çıxarır. Əgər beynəlxalq birlik, aparıcı dövlətlər etnik separatizmə qarşı qətiyyətli mübarizə aparmasa, proses daha geniş xarakter alaraq planetimizin böyük hissəsini irqi, milli və dini münaqişələr meydanına çevirə bilər. Artıq milli-etnik münaqişələrin həllinə biganəlik və hətta proseslərin süni şəkildə körüklənməsi özünün acı nəticələrini Avropada – İspaniyanın Kataloniya vilayətində etnik separatizmin baş qaldırması ilə əyani şəkildə bir daha göstərdi.

Hazırda dini-irqi və milli dözümsüzlük, dağıdıcı separatizm kimi hallar insanları kütləvi şəkildə qaçqın və miqrant həyatı yaşamağa məcbur edir. Qeyd edək ki, bu sahədə mövcud olan problemlərin çətinliyini Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasətinə məruz qalmış Azərbaycan daha yaxından anlayır. Azərbaycanın məruz qaldığı etnik təmizləmə və işğalçılıq siyasətinin nəticələrinin və dünyanın müxtəlif regionlarında milli zəmində cərəyan edən qarşıdurmaların təhlilinə əsasən əminliklə demək olar ki, etnik separatizm heç bir halda xalqların daxili ehtiyacından deyil, müəyyən siyasi qüvvələrin məhdud mənafelərindən və beynəlxalq dairələrin mövqeyindən qaynaqlanır.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 196

QHT və MEDİA

2018-04-20 20:05:48

QHT və MEDİA
Şura QHT-lər üçün məlumatlandırma sessiy...
Şura QHT-lər üçün məlumatlandırma sessiy...

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ...

2018-04-20 10:55:20

QHT və MEDİA
“Kəlbəcərlilər dövlət və dövlətçilik nam...
“Kəlbəcərlilər dövlət və dövlətçilik nam...

Tədbirdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib...

CƏMİYYƏT

2018-04-20 08:20:56

CƏMİYYƏT
“Ordu üçün bütün işlər görülür, görüləcə...
“Ordu üçün bütün işlər görülür, görüləcə...

“Bu reallıq bir də onu göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığı...

2018-04-20 07:45:17

CƏMİYYƏT
Şamil Sabiroğlunun Daxili İşlər Nazirli...
Şamil Sabiroğlunun Daxili İşlər Nazirli...

Azərbaycanın Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə y...

İQTİSADİ

2018-04-20 07:55:10

İQTİSADİ
Nazir: “Hərbi əməliyyatlarda həlak olan ...
Nazir: “Hərbi əməliyyatlarda həlak olan ...

"APA-Economics" xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri vəzi...

2018-04-16 21:45:12

İQTİSADİ
UNEC ilə Türkiyənin İnönü Universitetini...
UNEC ilə Türkiyənin İnönü Universitetini...

Sənədə əsasən, tərəflər müəllim, bakalavr, magistr, doktorant və tədqiqatçıla...