TƏDQİQATLAR
A- A A+

Qafqazşünaslıq İnstitutunun hesabatı

2017-12-28 08:45:20

Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun Elmi Şurasının iclasında 2017-ci ildə elmi və elmi-təşkilati fəaliyyətin yekunlarına dair hesabat dinlənilib

İclası İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. Təsis olunduğu vaxtdan qısa müddət keçməsinə baxmayaraq, İnstitutda böyük işlər görülüb. Hesabat ilində İnstitutda 1 elmi istiqamət və 5 mövzu üzrə 13 iş yerinə yetirilib. Azərbaycanda 1 monoqrafiya, 1 kollektiv əsər, 1 dərs vəsaiti, 42 məqalə, internet saytlarında və qəzetlərdə 20 məqalə, xarici ölkə nəşrlərində isə 1 kitab (Türkiyə), 24 məqalə (ABŞ, Rusiya, Türkiyə, Ukrayna, Moldova, Polşa, Avstriya, Belarus, Qazaxıstan, Gürcüstan) çap edilib. İnstitut əməkdaşları Azərbaycanda, eləcə də bir sıra xarici ölkə elmi mərkəz və universitetlərinin təşkil etdiyi 47 beynəlxalq simpozium və konfranslarda məruzələrlə çıxış ediblər. Həmin elmi toplantıların 31-i Azərbaycanda, 16-sı isə xaricdə (Rusiya, Türkiyə, Qazaxıstan, Ukrayna) keçirilib.

Ölkəmizdə ilk dəfə olaraq Qafqazşünasların Birinci Beynəlxalq Forumunun keçirilməsi İnstitutun uğurlarından biridir. Tədbirdə Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Böyük Britaniya, İsrail, İran, Qazaxıstan, Özbəkistan, Ukrayna və Gürcüstandan 175 nəfər alim və tədqiqatçının Qafqaz ölkələrinin daxili ictimai-siyasi və iqtisadi şəraiti, geosiyasəti, xarici siyasəti, qarşılıqlı münasibətləri, böyük dövlətlərin və digər ölkələrin Qafqaz siyasəti, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi, törətdiyi soyqırımları, xüsusən Xocalı soyqırımı və digər problemlərə həsr edilmiş 163 məruzəsi 20 bölmə iclasında müzakirə edilərək elmi-nəzəri ümumiləşdirmələr aparılıb. İnstitut, həmçinin “Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və perspektivlər” mövzusunda respublika elmi-nəzəri konfransı təşkil edib.

İnstitut əməkdaşlarının əsərlərinə xarici ölkələrin alimləri 282 istinad edib ki, onlardan 263-ü AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının əsərlərinə olunan istinadlardır. Hesabat ilində İnstitut beynəlxalq əlaqələrinin qurulması istiqamətində ilk addımlarını atmış, Rusiya Elmlər Akademiyasının Cənub Elm Mərkəzi və Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin Tarix İnstitutu arasında əməkdaşlığa dair niyyət memorandumu imzalayıb. İnstitut ABŞ, Böyük Britaniya, Çin, Çexiya, Rusiya, Türkiyə, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan və digər ölkələrin elmi qurumları ilə əməkdaşlıq edir. İnstitut əməkdaşları müntəzəm olaraq ölkəmizin xarici siyasəti, Ermənistanın hərbi təcavüzünə dair mövzularda müxtəlif televiziya kanallarında çıxışlar ediblər.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 450

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...