SOSİAL
A- A A+

Xocalının şəhid oğullarının xatirəsi yad edildi

2017-12-28 08:20:19

.

25 ildən çoxdu Azərbaycanın ayrılmaz hissəsi olan Xocalıdan ayrı düşmüşük. Yağı düşmən indi orda at oynadır. 2016-cı ilin aprelində Azərbaycan Ordusunun düşmən tərəfə vurduğu ağır zərbədən sonra azacıq özümüzə gəlsək də, hələ də şəhidlərimizin ruhu narahatdır. Belə qəhrəman oğulların sırasında Xocalı soyqırımı zamanı şəhid olmuş Vasif və Rasif Salman oğlu Məmmədovların, Zahir Ramiz oğlu Məmmədov, Səlim Kərim oğlu Həşimovun adları xüsusi qeyd olunur. 1991-1992-ci illərdə Xocalının müdafiəsində dayanan Vasif və Rasif Məmmədov qardaşları ən qorxulu ərazilərə kəşfiyyata gedərdilər. Onlar Xocalının müdafiəsində ayıq-sayıq dayanmışdılar...

Dekabrın 27-də C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında Xocalı soyqırımı zamanı şəhid olmuş Vasif və Rasif Məmmədovların, habelə, Məmmədov Zahir Ramiz oğlu, Həşimov Səlim Kərim oğlu və azyaşlı Gündüz Səlim oğlu Həşimov ömür yolu haqda tədbir keçirildi.Tədbiri “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyi Qadınlar Şurasının və Binəqədi rayon şöbəsinin sədri Ayna Allahyarqızı açdı. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olanların xatirəsi 1 dəq.sükutla yad edildi. Milli Məclisin deputatı Elman Məmmədov Vasif və Rasif Məmmədovların şərəfli döyüş yollarından söz açdı. O, dedi: -Bu günkü anım mərasimində ziyalılar, şəhid ailələri, müharibə əlil və veteranları iştirak edir.Bildirirəm ki, şəhid Vasif və Rasif Məmmədov qardaşları çox xeyirxah bir işlə məşğul idilər. Onlar qorxu bilmədən ən ağır döyüş nöqtələrində iştirak edirdilər.

Tədbirin təşkilatçılarından olan Şamil Sabiroğlu "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin fəaliyyəti haqda məlumat verdi.O, Vasif Məmmədovun ömür-gün yoldaşı Ceyran Əzizovanın övladlarını min bir əziyyətlə böyütdüyünü xüsusilə qeyd etdi. Şəhid Səlim Həşimovun ömür-gün yoldaşı Fitat Məmmədov Xocalı soyqırımı baş verən gün çəkdikləri əzab-əziyyət haqda danışdı.

Xocalı Polis şöbəsinin sabiq əməkdaşı, ehtiyatda olan polkovnik-leytenant Hafiz Ədilov, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədova, “Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun sədri Hacı Ədalət Məhərrəmov, "Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək"ictimai birliyinin rəhbəri Tofiq Əli-zadə, “djb.az” saytının baş redaktoru Almaz İlahə Əhmədova. “dunyaxeber.info.az” saytının baş redaktoru Dünyaxanım Əlyeva, “Zəka və Ülviyyət” jurnalının təsisçisi, “alpress.info” saytının baş redaktoru Elmira Nüsrətqızı, Füzuli rayonundan məcburi kökçün, “Şəhid Anaları Mərkəzi”nin rəhbəri Mənsurə Arışlı, ehtiyatda olan polkovnik İsmayıl Qarayev və başqaları Ermənistanın törətdiyi vəhşiliklərə görə nə vaxtsa cavab verəcəyini bildirdi.

Xocalı şəhər 2 nömrəli tam orta məktəbinin şagirdləri-Zəhra Ələkbərzadə, Zəhra Xudiyeva, Aydan Hüseynova, Birliyin Qadınlar Şurasının sədri Ayna Allahyarqızı, Şamaxı sakini, şairə Solmaz Şirvanlı Vətənə, torpağa həsr edilən şeirlər söylədilər. . Tədbir Şəhidlər xiyabanını ziyarətlə başa çatdı.

  • @continue

Kateqoriya : SOSİAL Baxış sayı : 911

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-26 22:05:41

CƏMİYYƏT
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...

Xalq Cümhuriyyətində təmsil olunan insanların bu qədər millətsevər olması ...

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...