QHT və MEDİA
A- A A+

Şura “Milli maraqların qorunmasında yeni yanaşmalar və QHT-lər” mövzusunda ictimai dinləmə keçirib

2017-12-27 22:50:08

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Milli maraqların qorunmasında yeni yanaşmalar və QHT-lər” mövzusunda ictimai dinləmə keçirib

Şuranın Katibliyinin icraçı direktoru Fərasət Qurbanov ölkəmizdə bütün sahələrdə müşahidə edilən dinamik inkişafın QHT-lərin də üzərinə bir sıra mühüm vəzifələr qoyduğunu bildirib. F. Qurbanov qeyd edib ki, QHT-lər müasir inkişafın tələbləri ilə ayaqlaşmağı bacarmalı, ictimaiyyətlə əlaqələr işini gücləndirməlidirlər. Onlar sosial şəbəkələrin imkanlarından istifadə edərək həyata keçirdikləri çoxsaylı maraqlı və faydalı layihələr haqqında ictimaiyyəti daha səmərli şəkildə məlumatlandırmalıdırlar.

Şura sədrinin müavini Vüsal Quliyev çıxışında bildirib ki, QHT-lər milli maraqların qorunması üçün həyata keçirdikləri təşəbbüslərdə dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü, konstitusiya quruluşunun qorunması, vətəndaş cəmiyyətinin gücləndirilməsi, ictimai-siyasi sabitliyin təmin edilməsi, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artırılması kimi məsələlərə xüsusi diqqət yetirməlidirlər: “Cəmiyyətin sağlamlığı əsasən bir göstəricidə - iqtisadi və mənəvi tərəqqi amilində özünü daha qabarıq büruzə verir. Hazırda biz Azərbaycanda baş verən görünməmiş iqtisadi tərəqqinin şahidiyik. Gələcək uğurlarımıza yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə daha dərindən aşılamaq, milli maraqlarımızı qorumaqdır”. Vüsal Quliyev deyib ki, milli maraqların qorunması cəmiyyətin aparıcı qüvvəsi kimi QHT-lərin ən əsas vəzifəsi olmalıdır. Onlar cəmiyyətə milli təəssübkeşliyin nümunəsini təqdim etməli, vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq göstərməlidirlər.

Şura sədrinin müavini Şuranın, eyni zamanda digər fond və nazirliklərin hər il yüzlərlə QHT-nin ideya və təşəbbüsünü dəstəklədiyini vurğulayıb. Qeyd edib ki, dövlət QHT-lərə dəstək verməklə vətəndaş təşəbbüskarlığını daha da artırır. Bu da öz növbəsində imkan verir ki, hər bir ölkə vətəndaşı cəmiyyət həyatında fəal iştirak etsin, milli maraqların qorunması sahəsində QHT-lərin fəaliyyəti təşviq edilsin, onlar sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunsun, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən tədbirlər həyata keçirsinlər.

Şura üzvü Emin Həsənli QHT-lərin müharibə şəraitində olan ölkəmizin milli maraqlarının müdafiəsi işində nümayiş etdirdiyi həssaslığı hər zaman qorumalı olduğunu qeyd edib. E.Həsənli ötən ilin aprel döyüşləri zamanı xalqımızın ordumuza verdiyi mənəvi dəstəyin mütəşəkkil şəkildə təşkilində QHT-lərin yaxından iştirakı haqqında konkret misallar göstərib.

Şura üzvü Rufiz Qonaqov ötən 2017-ci ilin ölkəmizin həyatında mühüm hadisələrlə-çoxsaylı yerli və beynəlxalq idman, mədəniyyət tədbirləri, sosial-iqtisadi sahədə uğurla həyata keçirilən islahatlarla yadda qaldığını bildirib. R.Qonaqov Azərbaycanın milli maraqlarının qorunmasında QHT-lərin müasir çağrışlara uyğun olaraq səmərəli və fəal şəkildə iştirak etdiyini qeyd edib.

Şura üzvü Anar Xəlilov ölkə QHT-lərinin hər zaman cənab prezident İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət siyasətinin dəstəklənməsində fəal şəkildə iştirak etdiyini deyib. O, QHT-lərin öz fəaliyyətlərində milli mənafelərimizin müdafiəsini hər bir maraqdan öndə tutduğunu vurğulayıb. Şuranın qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov QHT-lərin sosial şəbəkədən səmərəli istifadə mexanizmləri ilə bağlı praktiki nümunələrlə zəngin olan təqdimatla çıxış edib. S. Nəcəfov QHT-lərin piar alətlərindən effektiv istifadə etməklə milli maraqlarımızın təbliği işində daha fəal və məhsuldar şəkildə iştirak edə biləcəyini deyib.

QHT rəhbərləri Rauf Zeyni, Niyaməddin Orduxanlı, Şəlalə Həsənova, Anar Yusifoğlu, Aydınxan Əbilov, Seymur Verdizadə, Şahin Rəcəb, Muğan Əliyev, Xatirə Vəliyeva və digər şəxslər çıxış edərək milli maraqlarımızın qorunması istiqamətində QHT-lərin üzərinə düşən vəzifələrin icrası ilə bağlı təkliflərini bildiriblər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 123

QHT və MEDİA

2018-01-16 14:35:22

QHT və MEDİA
UNEC-də "Açıq qapı" günü
UNEC-də "Açıq qapı" günü

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İctimai Nəzarət Şurasının üz...

2018-01-14 08:40:12

QHT və MEDİA
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...

“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir”. Bu barədə Avro...

CƏMİYYƏT

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

2018-01-12 09:35:45

CƏMİYYƏT
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...

Azərbaycan Ordusunun hərb yolu ilə düşmən üzərində tam qələbə əldə etməsi şüb...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...