MƏDƏNİ
A- A A+

Dahi Azərbaycan şairinin əsərləri Özbəkistanda çap edilib

2017-12-27 09:35:35

.

Azərbaycan şairi Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının ikinci hissəsi olan “İqbalnamə” əsəri Daşkənddəki “Extremum Press” nəşriyyatında özbək dilində çap edilib. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü və layihəsi ilə çap olunan əsəri özbək dilinə Xalq Şairi Camal Kamal tərcümə edib. Camal Kamal kitabdakı giriş məqaləsində qeyd edir ki, “İqbalnamə” Nizami yaradıcılığının dürdanəsidir. Kitabın “Ön söz”ünün müəllifi Daşkənddəki Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracəddinov, rəyçilər professor Naim Karimov və Boqicon Toxliyevdir.

Şuxrat Siracəddinov “Ön söz”də Azərbaycan-özbək ədəbi əlaqələrindən, Nizami Gəncəvi yaradıcılığının nəinki özbək, bütün Şərq ədəbiyyatına təsirindən bəhs edir. O vurğulayır ki, “İsgəndərnamə” əsərinin yüksək ideya və bədii dəyərlərindən bəhrələnən Əmir Xosrov Dəhləvi “Ayineyi-İsgəndəri”, Əbdürrəhman Cami “Xirədnameyi-İsgəndəri”, Əlişir Nəvai “Səddi-İsgəndəri” əsərlərini yazıb və bu mövzuda digər əsərlər də yaradılıb.

Artıq Camal Kamalın tərcüməsində “Sirlər xəzinəsi”, “Leyli və Məcnun” əsərləri özbək dilində çap olunub. Hazırda Camal Kamal “İsgəndərnamə”nin birinci hissəsi olan “Şərəfnamə” əsəri üzərində işləyir. Gələn ilin sonunadək böyük şairin “Xosrov və Şirin” və “Yeddi gözəl” əsərlərinin də özbəkcəyə tərcüməsi nəzərdə tutulur.

Mədəniyyət Mərkəzinin çap etdirdiyi kitablar, o cümlədən “Xəmsə”yə daxil olan əsərlər Özbəkistanın və Azərbaycanın aparıcı kitabxanalarına, elm, təhsil, tədqiqat müəssisələrinə göndərilib və bu iş gələcəkdə də davam etdiriləcək.

Xatırladırıq ki, Nizami irsinin Özbəkistanda tanıdılması və geniş təbliği məqsədilə 2015-ci ildən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ilə Camal Kamal arasında Nizami Gəncəvinin “Xəmsə”sinin özbək dilinə tərcümə olunması ilə bağlı müqavilə imzalanıb və bu layihəyə start verilib.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 411

QHT və MEDİA

2018-10-22 09:55:11

QHT və MEDİA
"Star" layihəsinin siyasi və təhlükəsizl...
"Star" layihəsinin siyasi və təhlükəsizl...

Bu barədə Trend-ə Milli Məclisin deputatı Azay Quliyev bildirib. A.Quliyev qe...

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-21 23:20:27

İQTİSADİ
“Star” neft emalı zavodunun açılışı regi...
“Star” neft emalı zavodunun açılışı regi...

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türki...

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...