QHT və MEDİA
A- A A+

“El Universal” qəzeti: Meksika millət vəkilləri Ermənistan tərəfindən manipulyasiya olunub

2017-12-27 09:25:06

.

Meksikanın ən çox oxunan qəzetlərindən olan “El Universal” Azərbaycan Respublikasının Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbovla müsahibə (həm bu mətbu orqanın internet səhifəsində, həm də çap versiyasında) dərc edib (http://www.eluniversal.com.mx/mundo/armenia-manipulo-los-legisladores).

Məqalədə Azərbaycan nümayəndəsinin sözlərinə istinadla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin yeganə yolunun rəsmi Yerevanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirərək öz silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması olduğu bildirilir. Həmçinin Dağlıq Qarabağ regionunun Azərbaycana məxsus olduğu və 1992-ci ildən Ermənistan tərəfindən işğal altında saxlandığı deyilir. Xatırladılır ki, bu münaqişəyə Meksikada son zamanlar diqqəti üç yerli deputatın Azərbaycan Hökumətinin icazəsi olmadan işğal edilmiş ərazilərə səfəri və bununla bağlı Azərbaycanın bu ölkədə səfirliyinin sərt reaksiyası barədə xəbərlər cəlb edib. Azərbaycan diplomatının sözlərinə əsasən bildirilir ki, Ermənistan tərəfi və bu ölkənin Meksikadakı səfiri A.Ayvazyan meksikalı millət vəkillərini münaqişəyə cəlb edib, onları siyasi xal qazanmaq üçün öz məkrli oyunlarında istifadə etmək məqsədilə işğal olunmuş ərazilərə aparıblar. Qeyd edilir ki, səfir Meksika Xarici Əlaqələr Katibliyinin (XİN) həmin ərazilərə səfər etməməklə bağlı xəbərdarlıqlarına və bu ərazilərin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğuna məhəl qoymadan həmin deputatları işğal olunmuş ərazilərə apararaq, heç bir ölkə, o cümlədən rəsmi olaraq heç Ermənistanın özü tərəfindən də tanınmamış qondarma separatçı rejimin guya Meksika tərəfindən dəstəklənməsi imicini yaratmaq məqsədi güdürdü.

Məqalədə, həmçinin bildirilir ki, Azərbaycan səfirliyinin müvəqqəti işlər vəkili məsələ ilə bağlı hökumətinin etirazını bildirmək üçün Meksika XİN-də və Deputatlar Palatasında görüşlər keçirib və hər iki qurum Azərbaycanın ərazi bütövlüyünü və münaqişə ilə bağlı BMT TŞ qətnamələrini dəstəklədiklərini vurğulayıb. Azərbaycan nümayəndəsinin Ermənistanın Meksikada səfirinin son zamanlar daha bir presedentsiz və heç bir diplomatik etikaya uyğun olmayan oyuna əl atdığını dediyi qeyd olunur. Belə ki, səfir Ayvazyanın Meksika vətəndaşlarını açıq şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə dəvət etməsi (Ermənistan səfiri deputatların səfərini təqdir edərək Meksikanın digər vətəndaşlarını da belə addım atmağa çağırıb) onları öz ölkələri XİN-in xəbərdarlıqlarına məhəl qoymamağa çağırması deməkdir.

Qəzet Azərbaycan diplomatının bu sözlərini sitat gətirir: “Düşünürəm ki, Ermənistan səfiri bu oyunlara son qoymalı və insan hüquqlarından danışaraq (bəyanatlarından birində o, Meksika deputatlarının azad səfər etmək hüququnun olduğunu deyib) işğal olunmuş ərazilərdə yaşayan yüz minlərlə azərbaycanlının öz evlərindən qovulması, zorakılığa məruz qalması və öldürülməsi faktlarını izah etməlidir”. Həmçinin erməni səfirinin “Dağlıq Qarabağda yeni erməni soyqırımı təhlükəsi” barədə sözlərinin uydurma, cəfəng və absurd olduğu bildirilərək, Azərbaycanın multikulturalizm və tolerantlığı ilə tanınmış bir ölkə olduğu vurğulanır, burada bütün din və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliklə üzləşmədən birgə yaşadıqları diqqətə çatdırılır.

Bundan əlavə, məqalədə 2017-ci ildə Azərbaycan ilə Meksika arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünün qeyd edildiyi, ikitərəfli əməkdaşlığın daha da genişlənməsi üçün böyük imkanların olduğu bildirilir.(Azərtac)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 521

QHT və MEDİA

2019-05-22 21:50:37

QHT və MEDİA
"Azərbaycanın Milli Qəhrəmanları" silsil...
"Azərbaycanın Milli Qəhrəmanları" silsil...

Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətin...

2019-05-20 08:25:19

QHT və MEDİA
Avropada təhsil alan azərbaycanlı gənclə...
Avropada təhsil alan azərbaycanlı gənclə...

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr...

CƏMİYYƏT

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

İQTİSADİ

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...

2019-05-14 07:35:20

İQTİSADİ
Avropaya ixracat
Avropaya ixracat

Mayın 1-dən etibarən "Azərenerji" ASC Yunanıstan, Rumıniya və Macarıstana ele...