SİYASƏT
A- A A+

Azərbaycan diaspor təşkilatı ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasına etiraz edir

2015-06-18 09:10:02

Niderlandda fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyi Avropanın bəzi dairələrinin Azərbaycana qarşı apardığı qərəzli kampaniya ilə bağlı bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə bəyanatda deyilir ki, Avropanın bəzi dairələri tərəfindən zaman-zaman ölkəmizə qarşı səsləndirilən qərəzli və ikili standartlara söykənən böhtan dolu fikirlər “Bakı-2015” birinci Avropa Oyunları ilə əlaqədar daha da intensivləşib. Azərbaycanın dünyada artan nüfuzunu həzm edə bilməyən həmin dairələr qərəzli mövqedən çıxış edərək bu ölkə ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayır, bütün vasitələrlə onu beynəlxalq ictimaiyyətin gözündən salmağa cəhd edirlər.

Bəyanat qeyd edilir ki, bu təşkilatların fəaliyyəti, keçirdiyi aksiya və tədbirlər sırf müəyyən siyasi dairələrin maraqlarına xidmət edir və onlar Azərbaycanla bağlı konkret sifarişləri yerinə yetirirlər. Bəyanatın müəllifləri belə qurumları beynəlxalq səviyyəli hüquq müdafiə təşkilatı adlandırmağı insan haqlarına hörmətsizlik kimi qiymətləndirirlər. Onların fikrincə, insan haqlarının müdafiəsi adı altında gizlənən bu təşkilatlar, əslində, öz məkrli fəaliyyətləri ilə insan hüquqlarının təmin edilməsinə böyük zərbə vururlar.

“Biz, Azərbaycan-Türk Kültür Dərnəyi olaraq sözügedən dairələrin qərəzli, böhtan dolu fikirlərini və məkrli kampaniyalarını qəti şəkildə pisləyir və bildiririk ki, həmin dairələrin ikili standartlara söykənən, qarayaxma xarakterli fəaliyyətini nə sadə Niderland vətəndaşları, nə də bu ölkədə yaşayan Azərbaycan, türk diasporu dəstəkləyir”, - deyə bəyanatda bildirilir.

 

Bəyanatın sonunda Azərbaycan-Türk Kültür Dərnəyinin birinci Avropa Oyunlarına dəstəyi qeyd edilir, yarışların axıradək yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olunur.

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 1444

QHT və MEDİA

2019-12-09 11:00:11

QHT və MEDİA
“Çingiz dastanı” Horadizdə təqdim edili...
“Çingiz dastanı” Horadizdə təqdim edili...

Müdafiə Nazirliyinin dəstəyi ilə cəbhəyanı bölgəyə səfər edən Bakı Bələdiyyə ...

2019-12-06 09:20:55

QHT və MEDİA
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...

Ukrayna və Belarusun qabaqcıl KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin f...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...

2019-12-02 09:45:15

İQTİSADİ
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu bax...