CƏMİYYƏT
A- A A+

Kaliforniyada yaşayan bütün azərbaycanlıları birləşdirən yeni təşkilat fəaliyyətə başlayıb

2017-12-26 09:45:10

Kaliforniya Azərbaycan Dostluq Assosiasiyası (California Azerbaijan Friendship Association - CAFA) təsis edilib

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlılarının yaratdığı, bütün ştatı əhatə edən ilk təşkilatdır. ABŞ-ın ən böyük ştatlarından biri Kaliforniyanın 40 milyon əhalisi var. Ştat 2,4 trilyon dollarlıq iqtisadiyyatı ilə nəinki ABŞ-da, dünya iqtisadi sistemində önəmli yerlərdən birini tutur. Həmçinin 1 milyonadək erməninin yaşadığı Kaliforniya dünyada ermənilərin ən çox məskunlaşdığı məkanlardan biri kimi tanınmaqdadır. Assosiasiyanın təsis olunması ilə bağlı Los-Anceles şəhərində 200-dək qonağın qatıldığı tədbir keçirilib. Tədbirdə Azərbaycan icmasının üzvləri ilə yanaşı, Kaliforniya ştat senatorları, şəhər merləri, şəhər şuralarının üzvləri, diplomatlar, tanınmış elm xadimləri, həmçinin dost yəhudi, türk, Pakistan, İran, Koreya, Vyetnam və latino icmalarının rəhbərləri iştirak ediblər. Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Sonra çıxış edən CAFA-nın icraçı direktoru Kimiya Məmmədova bildirib ki, Assosiasiyanın yaradılmasında əsas məqsəd Kaliforniyada yaşayan bütün azərbaycanlıları, o cümlədən buradakı Azərbaycanın çoxlu sayda dostlarını birləşdirmək və Azərbaycan ilə Kaliforniya arasında ən müxtəlif sahələrdə əlaqələri daha da gücləndirməkdir. Azərbaycan və Kaliforniya ştatı arasında mövcud olan dostluq əlaqələrindən danışan K.Məmmədova bu dostluğun uzun illərdən bəri qarşılıqlı dəyərlərə və hörmətə əsaslanaraq genişləndiyini və Azərbaycan kimi Kaliforniyanın da müxtəliflik, multikulturalizm və tolerantlıq kimi dəyərlərə sahib olduğunu vurğulayıb. O qeyd edib ki, yeni təşkilat, həmçinin burada fəaliyyət göstərən seçkili orqanlar, hökumət rəsmiləri və müxtəlif təşkilatlar və icmalar ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmaq niyyətindədir.

Sonra çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev müxtəlifliyi və multikulturalizmi, o cümlədən iqtisadi göstəricilərinə görə ABŞ-ın ən qabaqcıl ştatlarından olan Kaliforniya ştatında belə bir təşkilatın yaradılmasını tarixi və əlamətdar hadisə adlandırıb. O, Kaliforniyada yaşayan Azərbaycan icması tərəfindən atılan bu addımı yüksək qiymətləndirdiyini, yeni təşkilatın soydaşlarımız arasındakı həmrəyliyin gücləndirilməsində önəmli rol oynayacağına ümid etdiyini bildirib və təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra Kaliforniya Ştat senatorları Ben Allen və Coş Nyuman, Kaliforniyanın Volnat şəhərinin meri Meri Su, Torrens Şəhər Şurasının üzvü Haydi Eşkraft və Los-Anceles Dinlərarası Şurasının sədri Yepiskop Xuan Karlos Mendez çıxış ediblər. Onlar müxtəlif etnik icmaların yaşadığı Kaliforniya kimi çoxmədəniyyətli ştatda Azərbaycan icmasının təşkilatlanmasının, Azərbaycan və Amerika xalqları arasında güclü körpülərin yaradılmasının və dostluğun gücləndirilməsinin yüksək önəmini qeyd edib, CAFA-ya təbrik və arzularını çatdırıb, müvafiq təbrik bəyannamələrini təqdim ediblər.

Los-Anceles meri Erik Qarsettinin imzaladığı təbrik bəyannaməsi Los-Anceles şəhərinin insan resursları üzrə müvəkkili Amna Qazi tərəfindən Kimiya Məmmədovaya təqdim olunub. Qeyd edilib ki, Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının yaradılması münasibətilə ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri, konqresmen Ed Roys, Kaliforniya Ştat Senatoru Stiven Brədford, Kaliforniya Ştat Assambleyası üzvləri Sebastian Ridli-Tomas, Şəron Quirk-Silva, Filip Çen və Los-Anceles Şəhər Şurasının üzvü Mitçel Enqlander tərəfindən imzalanmış təbrik bəyannamələri də CAFA-ya göndərilib. Tədbir Azərbaycan musiqisindən nümunələrin ifası və ziyafətlə yekunlaşıb.(Azərtac)


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 365

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...