SOSİAL
A- A A+

Aviqdor Liberman: Azərbaycan bütün dövrlərdə dinlərarası və millətlərarası tolerantlıq nümunəsi göstərib

2017-12-26 09:25:55

Azərbaycan İsrailin strateji tərəfdaşıdır, keçmişdə olduğu kimi, indi də dinlərarası və millətlərarası tolerantlıq nümunəsidir

Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında İsrailin müdafiə naziri Aviqdor Liberman deyib. İsrail ilə Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu bildirən müdafiə naziri dostluq münasibətlərinin daha da möhkəmləndiyini və səmərə verdiyini vurğulayıb: "Bu, birmənalı olaraq hər iki tərəfin xeyrinədir. Əməkdaşlığımız qarşılıqlı marağa söykənib. Ümid edirəm ki, bizim əlaqələrimiz bundan sonra daha da inkişaf edəcək. İsrail və Azərbaycan bir çox sahələrdə ortaq mövqelərdən çıxış edirlər. Əməkdaşlığımız yüksək texnologiyalar, kənd təsərrüfatı, energetika, təhlükəsizlik və digər sahələri əhatə edir. İnanıram ki, ikitərəfli əlaqələrimiz genişlənməkdə davam edəcək".

Aviqdor Liberman son illərdə Azərbaycan rəhbərliyi, yüksək səviyyəli rəsmilərlə, siyasi xadimlərlə bir sıra silsilə görüşlərdə regional təhlükəsizlik, hərbi, hərbi-texniki sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etdiklərini diqqətə çatdırıb.

Rəhbəri olduğu "Bizim evimiz İsraildir" partiyasının hər zaman İsrailin xarici siyasət xəttini Bakıya tərəf istiqamətləndirdiyini vurğulayan nazir buna tarixi şəraitin və səmimi minnətdarlıq duyğularının səbəb olduğunu deyib: "Vaxtilə Azərbaycanda yaşamış tanınan jurnalist, İsrailin Belarusdakı keçmiş səfiri İosif Şaqal Knessetə bizim partiyamızdan deputat seçilib. "Bizim evimiz İsraildir" partiyasından Yokneam-İlit şəhərinin birinci vitse-meri Roman Peres də Azərbaycanda doğulub. Bu şəhərdə ölkənizlə bağlı bir sıra tədbirlər keçirilib. Qubadakı "Qırmızı Qəsəbə"nin keçmiş sakini Adam Amilov şimal şəhərimiz olan Kiryat-Yamın vitse-meridir. Seçicilərimiz arasında bir çox azərbaycanlı yəhudilər var və ümid edirəm ki, onlar gələcəkdə də bizi dəstəkləyəcəklər".

Azərbaycanın dinlərarası və millətlərarası tolerantlıqda müsəlman ölkələrinə, eləcə də Qərbə nümunə olduğunu vurğulayan İsrailin müdafiə naziri ölkəmizdə heç bir zaman antisemitizmin müşahidə olunmadığını söyləyib: "Min illərdir ki, yəhudilər Azərbaycanda yaşayırlar və hər zaman özlərini təhlükəsiz, dostluq münasibətinin hökm sürdüyü etibarlı mühitdə hiss ediblər. Yüzlərlə yəhudi İkinci Dünya Müharibəsi ərəfəsində Azərbaycanda özlərinə sığınacaq tapıb. Bununla da onlar ölüm təhlükəsindən qurtarıblar və ölkəniz onlar üçün ikinci ev olub. Sirr deyil ki, Holokost bizim üçün çox həssas mövzudur və tariximizin ən çətin, qaranlıq dövründə bizə göstərdikləri qonaqpərvərliyə görə Azərbaycan xalqına dərindən minnətdarıq".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan Aviqdor Liberman ölkəmizin bu problemdə olduqca məsuliyyətli mövqe tutduğunu vurğulayıb: "İsrailin Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını mən dəfələrlə bəyan etmişəm. Biz həmişə vurğulayırıq ki, ölkəniz beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edir. Biz Azərbaycan xalqını dəstəkləyirik və hesab edirik ki, bu problem yalnız beynəlxalq ictimaiyyətin qəti mövqeyi və qərəzli yanaşma olmadan hər iki tərəfin birbaşa danışıqlar aparması ilə həll edilə bilər. Çünki real faktlardan, obyektiv mövqedən uzaq hər hansı cəhd problemi həll etmir, əksinə, onu daha da ağırlaşdırır".


Kateqoriya : SOSİAL Baxış sayı : 678

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...