MƏDƏNİ
A- A A+

“Azərbaycan, Qarabağ və sülh üçün oxu” adlı musiqi klipi Mərkəzi Asiyada təqdim olunub

2017-12-25 08:55:04

.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi, ölkəmizin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilən “Azərbaycan, Qarabağ və sülh üçün oxu” adlı musiqi klipinin təqdimatı olub. Mədəniyyət Mərkəzində keçirilən təqdimatda elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, diasporumuzun üzvləri, tələbələr, jurnalistlər iştirak ediblər.

İştirakçılar əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində “Qarabağ Azərbaycanın incisi” adlı kitab, foto və rəsm sərgisi ilə tanış olub, onlara “Azərbaycan, Qarabağ və sülh üçün oxu” adlı musiqi klipinin diskləri paylanıb. AMM-nin direktoru Samir Abbasov bildirib ki, “Azərbaycan, Qarabağ və sülh üçün oxu” adlı musiqi klipinin çəkilməsində əsas məqsəd Azərbaycan-Özbəkistan dostluğunu və həmrəyliyini təbliğ etməklə yanaşı, ölkəmizin tarixini, mədəniyyətini tanıtmaq, musiqi yolu ilə haqq işimizin dünyaya çatdırılması, xalqımızın sülhsevər obrazını möhkəmləndirmək və təbliğ etməkdir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində işğal olunan Azərbaycan torpaqlarının geri qaytarılacağına hər bir azərbaycanlının inandığını xüsusi vurğulayıb.

Layihəyə xüsusi dəstək göstərmiş Özbəkistan Dövlət Konservatoriyasının professoru, məşhur “Soqdiana” ansamblının bədii rəhbəri Firuzə Abduraximova, “Özbəyim yoşları” musiqi qrupunun rəhbəri, tanınmış mədəniyyət xadimi Lütfiyyə Ruzibayeva bu klipin Azərbaycanın həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, qardaş ölkənin təbiətini, gözəlliklərinin nümayiş etdirilməsi istiqamətində uğurlu bir layihə olduğunu diqqətə çatdırıb, layihəyə yüksək qiymət veriblər.

Layihənin reallaşmasında dəstək göstərən şəxslərə Mədəniyyət Mərkəzinin xüsusi mükafatları təqdim olunub. Sonra “Azərbaycan, Qarabağ və sülh üçün oxu” adlı musiqi klipi təqdim edilib. Qeyd edək ki, musiqi klipində 32 gənc və tanınmış özbək musiqiçiləri, Özbəkistanın populyar “Surxan”, “Özbək yoshlari” musiqi qrupları, habelə AMM-nin nəzdindəki “Azərbaycan qızları” və “Qafqaz qartalları” rəqs ansamblları milli rəqslərimizi ifa ediblər. Musiqiçilər mahnıları ifa edilərkən Azərbaycanın Qarabağ bölgəsi, bu bölgənin gözəl və təkrarsız təbiəti, abidələri, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonlarının ermənilər tərəfdən işğal olunduqdan sonrakı vəziyyəti, müharibənin dəhşətləri nümayiş etdirilir. Çəkilişlər Daşkənd, Səmərqənd, Buxara, Xivə, Fərqanə, Mərgilan, Gülüstan, Karşi və digər şəhərlərində aparılıb.

Tədbirin sonunda özbək müğənniləri Azərbaycan və özbək mahnılarını ifa ediblər, Qarabağa dair musiqilər səsləndirilib, böyük Üzeyir Hacıbəylinin “O, olmasın bu olsun”, “Arşın mal alan” əsərlərindən səhnəciklər nümayiş etdirilib. Tədbirin sonunda özbək müğənnisi Xursənd Şerov SSRİ Xalq Artisti Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısını ifa edib.(Azərtac)


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1228

QHT və MEDİA

2020-03-29 18:55:57

QHT və MEDİA
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...

Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı ...

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...