İQTİSADİ
A- A A+

“Azərbaycan iqtisadiyyatı müasir şəraitdə: reallıqlar və gözləntilər”

2017-12-22 19:40:06

UNEC-in Rus İqtisad Məktəbində (RİM) Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olun III Tələbə Elmi Konfransı keçirilib

Fact-info.az-a verilən məlumata görə, “Azərbaycan iqtisadiyyatı müasir şəraitdə: reallıqlar və gözləntilər” mövzusuna həsr olunan elmi konfransda Azərbaycanın və Rusiyanın nüfuzlu ali təhsil müəssisələrinin, eləcə də elmi mərkəzlərin nümayəndələri, magistr və tələbələri iştirak edib.

Konfransın açılışında çıxış edən UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, professor Damət Bağırov cəmiyyətin inkişafında elm və təhsilin mühüm rol oynadığını vurğulayaraq, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Gənclərin elmi tədqiqatlara marağının artırılmasına ölkədə xüsusi önəm verildiyini bildirən D.Bağırov bu istiqamətdə ali təhsil müəssisələri qarşısında duran vəzifələrə diqqət çəkib. O, UNEC-də həyata keçirilən layihələr, aparılan tədqiqatlar, gənclərin elmi fəaliyyətə cəlb olunması istiqamətində görülən işlərdən bəhs edib.

RİM-in dekan müavini Anar Eyyubov və “İqtisadiyyat” kafedrasının müdiri, professor Müslüm İbrahimov tələbə elmi konfransının keçirilməsinin əhəmiyyətindən danışıblar. Tələbələrdə elmi tədqiqat işlərinə marağın yüksəldilməsi, elmi-praktik layihələrın hazırlanması, o cümlədən onların bilik və bacarıqlarının formalaşdırılmasındakı rolunu vurğulayıblar.

Konfrans öz işini plenar və bölmə iclaslarında davam etdirib. “Qloballaşma şəraitində milli iqtisadiyyatın inkişafının müasir vəziyyəti və tendensiyaları”, “Dünya iqtisadiyyatının yeni çağırışları kontekstində Azərbaycanın maliyyə sistemi”, “Milli iqtisadiyyatın transformasiyası kontekstində idarəetmənin innovativ texnologiyaları”, “Azərbaycan dünya və regional güclərin geosiyasi maraqlarının kəsişməsi kontekstində” mövzularında keçirilən plenar və bölmə iclaslarında Rusiya və Azərbaycanın aparıcı universitetlərinin tələbə və magistrlərinin 187 elmi məruzəsi dinlənilib. Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.

Fact-info.az


Kateqoriya : İQTİSADİ Baxış sayı : 585

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-20 16:15:09

İQTİSADİ
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illi...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...