QHT və MEDİA
A- A A+

11-ci sinif şagirdi həmyaşıdlarını vətənpərvərliyə səsləyir

2017-12-22 15:20:56

Bakıdakı 236 saylı məktəbdə “Gələcəyin sağlam əsgəri” fərdi layihəsi çərçivəsində tədbir keçirilib

Fact-info.az-a daxil olan məlumata görə, məktəblilərlə görüşə layihənin rəhbəri, Bakıdakı 2 saylı məktəbin 11-ci sinif şagirdi Amil Şirinli ilə birlikdə Əməkdar jurnalist, İTV Yayım Şurasının üzvü Azər Həsrət də qatılıb.

Tədbirin açılışında çıxış edən məktəbin direktor müavini Yaqut İslamova qonaqları salamlayıb, mövzu haqqında bilgi verib. O, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna layihəni dəstəklədiyi üçün təşəkkür edib.

Daha sonra çıxış edən Amil Şirinli maliyyə dəstəyi üçün Gənclər Fonduna təşəkkür etməklə bərabər layihə haqqında geniş bilgi verib. Çıxışçı qeyd edib ki, yetişməkdə olan nəslin zərərli vərdişlərdən uzaq olması, sabahın əsgəri kimi bir məsuliyyəti indidən dərk etməsi vacibdir. “Biz çalışırıq ki, orta məktəb uşaqları öz sağlamlıqlarının qayğısına qalsınlar. Zərərli vərdişlərdən uzaq olmaq lazımdır. Bizim hər birimiz sabah Azərbaycan ordusunun əsgəri olacağıq. Ona görə elə etməliyik ki, sağlam əsgər kimi xidmət keçə bilək”, - deyə Amil Şirinli qeyd edib.

Daha sonra çıxış edən Azər Həsrət məktəblilərlə özünün əsgərlik xatirələrini paylaşıb, məktəbə “Bir əsgərin yaşantıları” və “Mən tanıqlıq edirəm” romanlarını hədiyyə edib. O, yetişməkdə olan nəslin sağlam həyat tərzi sürməsinin vacibliyini ayrıca vurğulayıb. Azər Həsrət qeyd edib ki, hazırda işğalçı Ermənistanda gənclər əsgərlikdən kütləvi şəkildə yayınmaqdaykən Azərbaycan gəncləri orduya sevə-sevə gedirlər. Çıxışçı bunu ölkədə aparılan düzgün siyasət, xalqın öz dövlətinə və Ali Baş Komandan, Prezident İlham Əliyevə etimadıyla əlaqələndirib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 643

QHT və MEDİA

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

2019-06-12 11:30:45

QHT və MEDİA
Azay Quliyev: "Bölgədə həll olunmayan m...
Azay Quliyev: "Bölgədə həll olunmayan m...

Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginl...

CƏMİYYƏT

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

2019-06-12 08:50:53

CƏMİYYƏT
Şanlı tarix: müstəqillik və inkişaf yolu...
Şanlı tarix: müstəqillik və inkişaf yolu...

28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı Prezident İ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...