SOSİAL
A- A A+

Əcnəbi telekanalda Ermənistanın işğalçılıq siyasətindən danışılıb

2017-12-22 09:40:21

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli hüququnu özündə saxlayır və bu istiqamətdə siyasətini davam etdirir

Bu fikri Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev Ukraynanın “5-ci kanal”ına müsahibəsində deyib. Səfir qeyd edib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində hələ ki, münaqişə öz ədalətli həllini tapmayıb.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ən böyük təhdiddir. Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib və bu günə qədər vəziyyət dəyişməz qalıb”, - deyə A.Xudiyev əlavə edib.

Azərbaycan-Ukrayna münasibətlərinə dair jurnalistin sualını cavablandıran səfir qeyd edib ki, iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. Bu il ticarət dövriyyəsi ötən illə müqayisədə artıb. Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirir. Səfir hesab edir ki, iqtisadi sahədə potensial daha böyükdür, ona görə də hər iki ölkənin iş adamları investisiya yatırımlarını daha da artırmalıdırlar. (Azərtac)


Kateqoriya : SOSİAL Baxış sayı : 1188

QHT və MEDİA

2019-11-16 11:00:04

QHT və MEDİA
Şura 2020-ci ildə dövlət orqanları və di...
Şura 2020-ci ildə dövlət orqanları və di...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2019-11-15 09:10:51

QHT və MEDİA
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...

Mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycan UNESCO-nun əsas tərə...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...