MƏDƏNİ
A- A A+

“Azərbaycanın tarixi qəhrəmanları gənclərin gözü ilə” mövzusunda sərgi

2017-12-21 08:45:15

.

Dekabrın 20-də Daş Salnamə Muzeyində Gənclər və İdman Nazirliyinin yeni layihəsi olan “Azərbaycanın tarixi qəhrəmanları gənclərin gözü ilə” mövzusunda sərginin açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov sərginin əsas məqsədinin gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onların yaradıcılıq potensialını dəstəkləmək, gəncləri müvafiq istiqamətdə maarifləndirmək, xalqımızın hərb tarixini təbliğ etmək olduğunu bildirib. Həvəskarlar arasında keçirilən sərgidə 14-29 yaşlı Azərbaycan vətəndaşlarının dəzgah rəngkarlığı, xəttatlıq, keramika, rəngkarlıq, qrafika, qravüra, batika, vitraj, qravüra üslubları üzrə tarixi mövzuda çəkdikləri 130-dək əsər nümayiş olunur.

“Azərbaycanın tarixi qəhrəmanları gənclərin gözü ilə” sərgisində Tomris, Babək, Şah İsmayıl, Cavad xan və digər tarixi qəhrəmanların portretləri təqdim edilib. Sərgidə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin, Zirə Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən art-studiyanın üzvlərinin, eləcə də digər yeniyetmə və gənclərin əl işləri nümayiş etdirilir. Sərgi dekabrın 24-dək paytaxt sakinləri və şəhərimizin qonaqları üçün açıq olacaq.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 998

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...