SOSİAL
A- A A+

Azərbaycan Cümhuriyyətinin baş naziri haqqında yeni kitab çapdan çıxdı

2017-12-21 08:25:18

.

“Alatoran” nəşriyyatı türkiyəli tədqiqatçı İbrahim Süslu tərəfindən yazılan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Nəsib bəy Yusifbəylinin həyatı və siyasi fəaliyyətindən bəhs edən “Azərbaycan siyasi tarixində Nəsib bəy Yusifbəyli” adlı kitabı çap edib.

Fact-info.az Modern.az-a istinadən xəbər verir ki, kitab Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibəti ilə çap olunub. Kitabı Türkiyə türkcəsindən dilimizə gənc tədqiqatçı Odər Əlizadə uyğunlaşdırıb. Azərbaycan Cümhuriyyətinin baş naziri olan Nəsib bəy Ysuifbəylinin bütün həyat hekayəsinin tarixi faktlar əsasında şərh edildiyi əsərdə olduqca maraqlı və qiymətli məlumatlar cəmləşib. Oxucular bu əsərdə, sadəcə N.Yusifbəylinin deyil, onunla yanaşı, dövrün bir çox siyasi liderinin fəaliyyətləri, məfkurələri və həyatı haqqında qiymətli məlumatlar ala biləcəklər. Xüsusilə də, N.Yusifbəyli ilə Nəriman Nərimanov arasındakı münasibətlər olduqca maraqlı faktlarla işıqlandırılıb.

Əsərin nəşrini gerçəkləşdirən “Alatoran” nəşriyyatının sahibi Rasim Qaraca Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə belə bir nəşrə imza atdıqları üçün qürur duyduğunu ifadə edib.


Kateqoriya : SOSİAL Baxış sayı : 261

QHT və MEDİA

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...