MƏDƏNİ
A- A A+

Amerikalı bəstəkar Xocalı faciəsi barədə əsər yazdı

2017-12-19 10:25:17

Vaşinqton İncəsənət Klubunda amerikalı pianoçu və bəstəkar Haskell Smolun “Sülh laylayı” adlı musiqili əsərinin təqdimatı keçirilib

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş əsər ABŞ Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları Assosiasiyası, Vaşınqton Beynəlxalq Piano İncəsənət Şurası, Azərbaycan Dillər Universiteti və “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

Layihənin tədimat mərasimində çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Xocalıda qətliamın törədilməsindən və erməni işğalçılarının dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərdən danışıb, bu faciənin xalqımızın yaddaşında ağır iz buraxdığını bildirib. O, Xocalı qətliamının Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti kontekstində törədildiyini qeyd edib. Səfir Xocalı cinayətinə görə ədalətin təmin edilməsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vacib olduğunu və regionda sülhün bərqərar olunmasına töhfə verəcəyini vurğulayıb. ABŞ Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları Assosiasiyasının proqram rəhbəri Şila Svitzer musiqili əsərin dilindən və dinindən asılı olmayaraq hamını sülhə səslədiyi barədə danışıb.

Vaşınqton Beynəlxalq Piano İncəsənət Şurasının sədri Şato Qardeki bu layihə ilə dünyada müharibələrə son qoyulmasına çağırış etmək istədiklərini bildirib. “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva səsləndirilən musiqili əsərin Xocalı qətliamı qurbanları olan uşaqların xatirəsinə həsr edildiyini və əsərin dünyada sülh və əmin-amanlığın bərqərar edilməsinə töhfə verəcəyinə ümidvar olduğunu vurğulayıb.

Əsər ifa olunarkən hekayətçi İrvinq Benavidesin bir neçə dəfə sələndirdiyi “Xocalı uşaqları heç vaxt böyüməyəcək…” misrası zalda əyləşənləri təsirləndirib. Şəhla Nağıyeva əməkdaşımıza bildirib ki, belə bir layihənin həyata keçirilməsi ideyası çoxdan tanıdığı Vaşınqton Beynəlxalq Piano İncəsənət Şurasının sədri Şato Qardeki ilə Xocalı faciəsi barəsində söhbətlər nəticəsində ortaya çıxıb. Amerikalı ictimai birlik sədri bu mövzuda layihə həyata keçirmək istəyini bildirdikdən sonra Ş.Nağıyeva Azərbaycan Dillər Universitetinin müəllimi, şair Yusif Savalanın “Xocalı balası böyümədi ki” şeirini ingilis dilinə tərcümə edərək ona göndərib. Bundan sonra bəstəkar Haskell Smol həmin şeir əsasında “Xocalı uşaqlarına sülh laylayı” adlı musiqi bəstələyib.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 564

QHT və MEDİA

2019-07-17 17:25:02

QHT və MEDİA
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...

Beynəlxalq Mətbuat Mərkəzində Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdaf...

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...