TƏDQİQATLAR
A- A A+

Ermənistan işğal altında saxladığı ərazilərimizin görkəmini tanınmaz hala gətirir...

2017-12-18 21:20:30

30 ildir qonşu işğalçı Ermənistan Azərbaycan Respublikasının ərazilərinə təcavüz edərək 20% torpaqlarımızı işğal altında saxlayır

Ermənilər, işğal altında saxladıqları ərazilərimizdə yaşayan yerli azərbaycanlıların normal həyat tərzini zorakı şəkildə pozaraq bu xalqın, işğal altında sahibsiz qalan milli-mədəni dəyərlərini, geyimlərini, memarlıq sənətinin nümunələrini, inanc yerlərini, ibadət yerlərini, musiqi əsərlərini, musiqi alətlərini və digər sənət əsərlərini və tətbiqi sənət numunələrini, o, cümlədən folklorunu, toponimlərini, mətbəxini eləcədə əsərlərimizin yazılı nümunələrini birdəfəlik və ya tədricən yox edilməsini və ya mənimsənilməsini hədəf goturərək, bütün milli mədəni dəyərlərimizin planlı və sistemli bir şəkildə məhv edilməsini və ya erməniləşdirilməsini həyata keçirirlər.

Azərbaycan, XVIII əsrin sonlarından, ta XXI əsrədək, ruslar tərəfindən əraziyə köçürülən ermənilər tərəfindən daim ərazi itkisi ilə üzləşdiyindən, özünün mədəniyyətinin böyük itkisi və tariximinin təhrif edilməsi ilə barışmalı olmuşdur. Bu gün işğal altındakı ərazilərimizdəki tarix və mədəniyyət abidələrimizin beynəlxalq təşkilatların vasitəçiliyi ilə mühafizəsi və müdafiəsi daha çox aktuallıq kəsb edir. Azərbaycanın işğal altındakı tarix və mədəniyyət abidələri dünya mədəniyyətinin tərkib hissəsi olduğundan, bu abidələr ümumbəşəri xarakter daşıyır, onları mühafizə edərək, gələcək nəsillərə çatdırması bizim borcumuz və vəzifəmiz hesab edilməlidir.

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində məqsədli şəkildə Azərbaycanın Milli –Mədəni dəyərlərini ya tamamilə dağıdıb məhv edirlər ya da sadəcə olaraq erməniləşdirirlər. Bununla da onlar bu torpaqların ermənilərə məxsusluğu barədə yalan məlumatlar yayır, sübut üçün təhrif etdikləri Azərbaycan abidələrini misal göstərirlər. Bu isə öz növbəsində Azərbaycanın Tarixinə və Mədəniyyətinə çox ciddi ziyan vurur. Bu ermənilərin indiyədək işğal altında saxladıqları ərazilərdə hətyata keçirdikləri fəaliyyət planının tərkib hissəsi idi.

İndi ermənilər işğal altında saxladıqları ərazilərin görkəmini dəyişərək, ərazidə xristian simvollarını əks etdirən nəhəng Monumental qurğular yaradırlar ki, ərazi kənardan müşahidə edildikdə bu ərazilərin xristian əraziləri olduğuna şübhə yeri qalmasın. Bu təhlükəli tendensiyadır. Gərəkdir ki Azərbaycan tərəfi ermənilərin bu fəaliyyətinə etiraz etsin və bu fəaliyyətin dayandırılmasına çalışsın. Məlumdur ki, ermənilər xristian dini amilindən istifadə edərək, bu ərazilərin görkəmini dəyişib erməniləşdirməklə bu ərazilərə sahib çıxmaq istəyirlər.

Lakin tədqiqatlar göstərir ki, hətta onlarla erməni tarixçilərindən misallar gətirmək olar ki bu ərazilərin sahibləri ermənilər olmayıblar. Erməni tarixçisi Gevorq Aslan 1914-cü ildə “Ermənistan və ermənilər” əsərində yazırdı: “Ermənilərin dövlətləri olmayıb. Onlarda vətən hissi, vətənə bağlılıq siyasəti yoxdur. Erməni təəsübkeşliyi yalnız yaşadıqlar yerlərlə bağlıdır”. Bu erməni tarixçisinin sözlərində bir həqiqət var ki, nə bu ərazilərdəki xristianlıq dövrünə qədər və xristianlıq dövrü abidələri və nə də ərazilər nə erməni dininə, təfəkkürünə, nə də erməni əxlaqına uyğun gəlmir. İşğalçılıq siyasəti həyata keçirən ermənilər, işğal etdikləri Azərbaycan ərazilərində xaraba qoyduqları inzibati yaşayış mərkəzlərinin ətrafında, xüsusi ilə yol kənarlarında, uca dağ zirvələrində, keçmiş müalicə istirahət mərkəzlərində, bulaq yaxınlıqlarında və gözəl təbiət mənzərələri ilə əhatə olunan ərazilərdə kütləvi şəkildə erməni kilsələri və dekorativ bədii həlli olan müxtəlif ölçülü xaç daşları inşa edir və bu torpaqların əzəli erməni torpaqları olduğu barədə beynəlxalq səviyyədə təbliğat işləri həyata keçirirlər.

Beləki Xankəndi yaxınlığındakı bir yüksəklikdə “Tatik i Patik” yəni “baba və nənə” adlı abidə qoyulub. Bu abidəni ermənilər gələn qonaqlara qarabağ ermənilərinin simvolu kimi təqdim edirlər. Halbuki hətta Suriya sərhədləri yaxınlığında yaşayan yerli ermənilərin belə bir simvolları olmayıb.

Sovetlər dönəmində Xankəndi şəhərində erməni kilsəsi olmayıb. Ərazilər işğal edildikdən sonra Qarabağın baş şəhəri olan Xankəndidə üç erməni kilsəsinin tikilməsi narahatlıq yaratmaya bilməz. Bu erməni kilsələri və digər erməni simvolları bu şəhərin gənc erməni şüuruna tarixi erməni şəhəri kimi yeridilir və gənc erməni dünyagörüşündə “böyük ermənistan” ideyası formalaşdırılır.

İşğal Olunmuş Azərbaycan ərazilərinin erməniləşdirilməsi məsələsi erməni din xadimlərinin və Ermənistan Hökumətinin Dövlət siyasətinin bir hissəsini təşkil edir. Burada erməniləşmə əsasən klassik erməni şurunda dəbdə olan müxtəlif ölçülü daşlar üzərində yonulan və dəmirdən hazırlanan bədii xaç nümunələridir

Xankəndi şəhəri yaxınlığında daha bir yüksəklikdə dəmirdən erməni xaç simvolu ucaldılıb. Bu xaçı Xankəndinin istənilən küçəsindən müşahidə etmək mümkündür.

İşğal Olunmuş Azərbaycan ərazilərinin erməniləşdirilməsi məsələsi erməni din xadimlərinin və Ermənistan Hökumətinin Dövlət siyasətinin bir hissəsini təşkil edir. Burada erməniləşmə əsasən klassik erməni şurunda dəbdə olan müxtəlif ölçülü daşlar üzərində yonulan və dəmirdən hazırlanan bədii xaç nümunələridir

Xankəndi şəhəri yaxınlığında daha bir yüksəklikdə dəmirdən erməni xaç simvolu ucaldılıb. Bu xaçı Xankəndinin istənilən küçəsindən müşahidə etmək mümkündür. Keçmiş Hadrud rayonunun Ballıca (ermənilər Daşuşen adlandırırlar) kəndi yaxınlığında adsız bir dağın zirvəsində “blistiyaşiy krest”, “şəfəq saçan xaç” quraşdırıblar. Qurğu dəmirdən hazırlanıb Hündürlüyü 50 metrdir. Bu xaç simvolu gecələr işıq saçaraq Qarabağın bütün regionlarından görünür. Qeyd etməliyəm ki heç indiki Ermənistanın heç bir ərazisində bu hündürlükdə xaç qurğusu yoxdur. Ermənistan işğal altında saxladığı ərazilərin görkəmini tanınmaz hala gətirməklə beynəlxalq ictimai rəydə, Azərbaycanın bu ərazilərinin tarixi erməni torpaqları olması barədə fikir formalaşdırmaq istəyirlərki, özlərinin həyata keçirdikləri işğalçılıq siyasətlərinə bəraət qazandırsınlar.

Xalqımızın illərlə hissə-hissə itirdiyi maddi və mədəni irsinin yerini doldurmaq və ya onu hansısa rəqəmlərlə ifadə edib itkinin qiymətləndirilməsini hesablamaq qeyri-mümkündür. Əgər biz işğal altında olan tarix və mədəniyyət abidələrimiz üzərində sahibliyi əldə edib, milli-mədəni irsimizin nümunələrini gələcək nəsillərə olduğu kimi qaytarmasaq, ərazilərimizin görkəminin dəyişdirilməsinin qarşısını almasaq bu, Azərbaycan mədəniyyətininin mənəvinə, yoxsullaşmasına və ərazilərimizin itirilməsinə gətirib çıxaracaqdır.

Faiq İSMAYILOV

AMEA İnsan Hüquqları İnstitunun əməkdaşı

  • @continue

Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 761

QHT və MEDİA

2018-12-12 17:35:45

QHT və MEDİA
Heydər Əliyevin xarıci sıyasət kursu və ...
Heydər Əliyevin xarıci sıyasət kursu və ...

Ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin in...

2018-12-10 16:25:06

QHT və MEDİA
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi”...
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi”...

Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ...

CƏMİYYƏT

2018-12-12 09:40:41

CƏMİYYƏT
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...

Pedaqogika üzrə fəlsəfə doktoru, şair Əziz Musanın aparıcılığı ilə reallaşan ...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...