SOSİAL
A- A A+

Uğura gedən yol: “Bilik və təhsil”

2017-12-16 14:25:56

Azərbaycan Dövlət İqtisad Universitetində növbəti TEDxUNEC konfransı keçirilib.

“Çərçivədən kənar” mövzusuna həsr olunan konfransın ilk spikeri Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı olub. “Təhsilin gələcəyi – gələcəyin təhsili” mövzusunda çıxış edən professor bəşəriyyətin gələcəyi elmdədir, deyə bildirib. Kitabla rəqabət aparan informasiya daşıyıcılarının çoxluğuna diqqət çəkən H.İsaxanlı əsas bilik ötürücülərini informasiya kommunukasiya alətləri, ailə və universitet kimi təsnifatlandırıb. O, bu vasitələrin hər üçündən maksimum yararlanmağı tövsiyə edib: “Gələcəyimiz bu gün gördüyümüz işlərin davamıdır. Yaxşı təhsil, daha yaxşı gələcək deməkdir!”

TEDxUNEC konfransının ikinci spikeri Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev “Kitablar və açıq düşüncə” mövzusu ilə çıxış edib. Xalq yazıçısı auditoriya qarşısında “XXI əsrdə necə inkişaf etməli?” sualını qoyub. 20-25 ildən sonra bu günkü peşələrin 30 faizinə ehtyac olmayacağını diqqətə çatdıran Ç.Abdullayev bütün dövrlərin tələblərinə cavab verməyin yeganə yolunu kitabda, elmdə, bilikdə gördüyünü bildirib. Xalqın hərtərəfli inkişafını mütaliədə görən natiq qızların təhsildən yayındırılmasına da diqqət çəkib: “Cəmiyyətin əsasını qadınlar təşkil edir. Qızları təhsildən yayındırmaq birbaşa millətə və gələcəyə zərbədir!”

Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Əməkdar həkim, tibb elmləri doktoru Kamran Musayevin “Kardiocərrahın ürəyindən keçənlər” mövzusunda çıxışı da auditoriyanın xüsusi marağına səbəb olub. Öz uğur hekayəsindən söz açan tanınmış kardiocərrah arzularının arxasınca ucqar dağ kəndindən yola çıxan gəncin yaşadığı çətinliklərə baxmayaraq, əzm və iradə ilə çalışdığını nümunə çəkib. O, gənclərə uğur əldə etmək üçün anadan olduqları yerin, yaşadıqları şərtlərin və aldıqları təhsilin vacib amil olmadığını vurğulayıb: “Önəmli olan xəyallarınıza inanın və onları reallığa çevirmək üçün arxasınca gedin. Məqsədə çatmaq üçün əzmkarlıqla çalışın. Dayanmayın, daim inkişaf edin. Bu keyfiyyətləriniz olduğu müddətdə, uğur qaçılmazdır!” Bildirək ki, UNEC konfransın təşkili üçün TED təşkilatından rəsmi lisenziya alıb.

TEDx haqqında: Dünyanın alim, ictimai xadim, biznes nümayəndələri və digər peşə sahiblərini 33 ildən artıqdır ki, bir platformada toplayan TED (Technology, Entertainment, Design) intellektual konfransının məqsədi unikal ideyaları paylaşmaqdır. TED təşkilatının lokal cəmiyyətlərdə təbliğinə şərait yaradan TEDx proqramı “Bölüşməyə dəyər fikirlər” (Ideas worth spreading) devizi ilə 2009-cu ildən etibarən bütün dünyada təbliğ olunur. İndiyədək yüzlərlə şəhər və universitetlərdə müstəqil TEDx tədbirləri keçirilib və bu təşəbbüslər durmadan artır.


Kateqoriya : SOSİAL Baxış sayı : 339

QHT və MEDİA

2018-01-16 14:35:22

QHT və MEDİA
UNEC-də "Açıq qapı" günü
UNEC-də "Açıq qapı" günü

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İctimai Nəzarət Şurasının üz...

2018-01-14 08:40:12

QHT və MEDİA
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...

“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir”. Bu barədə Avro...

CƏMİYYƏT

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

2018-01-12 09:35:45

CƏMİYYƏT
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...

Azərbaycan Ordusunun hərb yolu ilə düşmən üzərində tam qələbə əldə etməsi şüb...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...