CƏMİYYƏT
A- A A+

Fransa portalında Azərbaycanla bağlı məqalə yayılıb

2017-12-16 09:45:19

Fransanın “Zoomdici” portalında Azərbaycanla bağlı məqalə yayılıb

Məqalədə Fransa nümayəndə heyətinin Azərbaycan ilə mümkün mübadilələr aparmaq məqsədilə bu yaxınlarda Bakıya səfər etdiyi bildirilir. Qeyd edilir ki, tərkibində Luaranı təmsil edən gənclərin də yer aldığı nümayəndə heyəti “Odlar Yurdu” ilə yaxından tanış olublar. Məqalədə Azərbaycanın coğrafi mövqeyi, tarixi mədəniyyəti haqqında oxuculara ətraflı məlumat verilir.

Qeyd edilir ki, Azərbaycan həm nefti, həm də xalçaları ilə tanınır. Bunlardan biri ölkənin tarixini şəkillərlə nəql edirsə, digəri tam müstəqillik əldə etməyə imkan yaradıb. İqtisadi müstəqilliklə siyasi müstəqilliyi qoruyub saxlamaq ölkəyə mürəkkəb vəzifələrin yerinə yetirilməsi zamanı müstəqil qərarlar qəbul etməyə imkan yaradır.

Bildirilir ki, Luaradan olan deputat Jülyen Borovçuk və parlament attaşesi Orian Qurbeyre də Bakıya səfər edənlər arasında olub. Onların bu səfərdən məqsədi həm də Azərbaycan ilə Luara departamenti arasında xüsusilə kənd təsərrüfatı sahəsində əlaqələri nəzərdən keçirmək idi. Fransalı deputat öz planını ölkənin Azərbaycandakı səfiri Aureliya Buşezə, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyova və parlamentarilərə təqdim edib. Azərbaycanın Dostları Assosiasiyasının üzvü olan “İrəli Fransa” partiyasının deputatı yaxın vaxtlarda Azərbaycanın Fransadakı səfirini Forezə dəvət etməlidir. Bu, Azərbaycan ilə Luara arasında əməkdaşlıq əlaqələrinin qurulması ilə nəticələnə bilər.

Məqalədə vurğulanır ki, Paris ilə Bakı arasında coğrafi baxımdan böyük məsafə olmasına baxmayaraq, iki mədəniyyət arasında əlaqələrin qədim tarixi var. Qeyd edilir ki, Azərbaycan, eyni zamanda, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Müəllif Azərbaycanda multikultural cəmiyyətin mövcud olduğunu vurğulayır və qeyd edir ki, dini birgəyaşayışı bu ölkənin hər yerində görmək mümkündür. Məqalədə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovun fikirlərinə də yer verilib. (Azərtac)


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 278

QHT və MEDİA

2018-10-16 12:00:51

QHT və MEDİA
Agentliyin nizamnamə və strukturu təsdiq...
Agentliyin nizamnamə və strukturu təsdiq...

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, Əqli Mül...

2018-10-15 19:25:35

QHT və MEDİA
Şuranın 10 illiyi və regionların inkişaf...
Şuranın 10 illiyi və regionların inkişaf...

Toplantını açan Şəki şəhər icra hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəs...

CƏMİYYƏT

2018-10-16 09:55:59

CƏMİYYƏT
30 illik Azərbaycan Respublikası Müharib...
30 illik Azərbaycan Respublikası Müharib...

Öncə, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun İdar...

2018-10-12 22:25:37

CƏMİYYƏT
Azərbaycanlıların Ermənistandakı ata-bab...
Azərbaycanlıların Ermənistandakı ata-bab...

Trend-in məlumatına görə, Q.Paşayeva bildirib ki, Azərbaycanın qədim bölgəsi ...

İQTİSADİ

2018-10-15 09:15:37

İQTİSADİ
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...

Bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kaf...

2018-10-08 10:05:23

İQTİSADİ
QHT regionlarda maarifləndirici tədbirin...
QHT regionlarda maarifləndirici tədbirin...

Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlə...