İQTİSADİ
A- A A+

“Azərbaycan əhəmiyyətli tranzit mərkəzinə çevrilir” - ABŞ səfiri

2017-12-15 10:30:05

.

Azərbaycan yalnız karbohidrogenlər üçün enerji təchizatı mənbəyi rolunu oynamır, eyni zamanda getdikcə əhəmiyyətli bir tranzit mərkəzinə çevrilir. Fact-info.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta V Frankfurt Qaz Forumunda çıxışında deyib.

R.Sekuta bildirib ki, oktyabrın sonunda Azərbaycan və Türkiyə prezidentləri, Gürcüstan və bir sıra Mərkəzi Asiya ölkələrinin yüksək vəzifəli şəxsləri ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışını etdi: "Bu yeni müasir dəmir yolu xətti Bakının cənubundakı Ələt limanı ilə birlikdə Xəzərdə, Şərqi və Cənubi Asiyanı Qərbi Avropa ilə birləşdirən yerüstü marşrutu təmin edəcəkdir. Şanxay ilə Hamburq arasındakı gəmi ilə malların 35 günə daşınması əvəzinə, bu yeni dəmir yolu və bərə yolları malların eyni məsafəni on bir-on dörd günə daşınmasına imkan yarada bilər. Bu yeni yerüstü yollar Azərbaycanda olan yeni, müasir hava yolu ilə yükdaşıma vasitələrinə əlavə olaraq, ölkənin hava məkanı vasitəsilə istifadə olunan hava dəhlizini genişləndirir ".

Səfir bildirib ki, bu inkişaf prosesləri Azərbaycanın yeni ticari nəqliyyat dəhlizi kimi əhəmiyyətini vurğulayır.

R.Sekuta bildirib ki, qədim ticarət yolları kimi, bu Yeni İpək Yolu da marşrutu boyunca sahibkarlıq və əlavə dəyəri yüksək olan işləri asanlaşdırmalıdır: "Lakin eyni zamanda ABŞ-ın strateji marağı var və bu strateji maraq praktiki baxımdan kök salmışdır. Azərbaycan Əfqanıstana gedən və gələn başqa bir marşrut təmin edir. Bu marşrut yalnız hərbi materialların daşınması üçün deyil, eyni zamanda fermerlər və digər Əfqanıstan vətəndaşları üçün uzun müddət ixrac etdikləri nar və qoz-fındıq kimi qanuni məhsullarını satmaq üçün mühüm əhəmiyyət kəsb edir. Bu, Xəzər hövzəsi və Mərkəzi Asiyadakı ölkələrin bir-birinə inteqrasiya etməsinə kömək edəcəkdir. Bu yol, əvvəlki digər yollar kimi, mədəniyyət, təhsil və intellektual mübadilələr, eləcə də daha çox yeniliklər üçün bir əlaqə kimi xidmət göstərə bilər. Bunun Orta Asiya və Xəzər hövzəsində yaşayan əhali ilə Avropaarasında əlaqələri gücləndirə biləcəyini düşünürəm".


Kateqoriya : İQTİSADİ Baxış sayı : 311

QHT və MEDİA

2018-08-20 07:45:01

QHT və MEDİA
Polşanın “Ambasador” jurnalı Azərbaycan ...
Polşanın “Ambasador” jurnalı Azərbaycan ...

Polşada nəşr edilən “Ambasador” jurnalının 35-ci sayında Azərbaycan Xalq Cümh...

2018-08-18 12:25:34

QHT və MEDİA
ABŞ-ın populyar radio-şousunun efirində ...
ABŞ-ın populyar radio-şousunun efirində ...

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının məşhur və geniş auditori...

CƏMİYYƏT

2018-08-19 19:10:24

CƏMİYYƏT
“Jewish Journal”: Nə Koçaryan, nə də Sar...
“Jewish Journal”: Nə Koçaryan, nə də Sar...

D.Ağayeva məqalədə dinc Xocalı sakinlərinin kütləvi qətlinin əsas günahkarla...

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

İQTİSADİ

2018-08-18 11:35:02

İQTİSADİ
UNEC beyxəlxalq proqrama qəbul olunub
UNEC beyxəlxalq proqrama qəbul olunub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi...

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...