SİYASƏT
A- A A+

"Təəssüf ki, təhlükə Avropanın özünə yaxınlaşdıqca münasibət bildirməli olurlar"

2017-12-14 13:40:54

"Təəssüf ki, belə bir mövqeyin vacibliyi indi dərk olunub. Bunu vacib edən dünyanın bir çox ölkələrində ölkələrin ərazi bütövlüyünə qarşı yönəlmiş separatçı cəhdlərin artmasıdır"

APA-nın xəbərinə görə, bunu Avropa Parlamentinin "Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti haqqında" qətnaməsini şərh edən Milli Məclisin sədr müavini Bahar Muradova deyib. O bildirib ki, bu hadisələrin fonunda belə mövqeyin səsləndirilməsi gözlənilən idi: "Amma təəssüf ki, bu təhlükə Avropanın özünə yaxınlaşdıqca münasibət bildirməli olurlar. Yenə də hesab edirəm ki, konflikt ocaqlarının söndürülməsi, buna rəvac verən separatçı cəhdlərin qarşısının alınması istiqamətində belə bəyanatlar və sənədlər çox vacibdir. Ancaq bunları elan etməklə kifayətlənmək lazım deyil. Xüsusilə Dağlıq Qarabağ məsələsi ilə bağlı beynəlxalq təşkilatların müvafiq qərarların yerinə yetirilməsində problemlər var". Qeyd edək ki, Avropa Parlamenti "Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti haqqında" qətnamə qəbul edib. Sənəd Aİ-nin "Şərq Tərəfdaşlığı" ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləməyə dair öhdəliyinə sadiq olduğunu ilk dəfə təsdiqləyir. Qətnamə böyük səs çoxluğu ilə qəbul edilib: 408 lehinə, 132 əleyhinə. Bu sənəd Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyü ilə bağlı problemlərə Avropa İttifaqının münasibətinə dair prinsipial əhəmiyyətə malikdir.


Kateqoriya : SİYASƏT Baxış sayı : 207

QHT və MEDİA

2018-05-23 19:40:58

QHT və MEDİA
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 1918-ci ildə Az...

2018-05-23 07:55:44

QHT və MEDİA
Kaliforniya qubernatoru: Azərbaycan düny...
Kaliforniya qubernatoru: Azərbaycan düny...

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Edmund Braun Azərbaycan Xalq Cümhuriy...

CƏMİYYƏT

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

2018-05-21 08:10:20

CƏMİYYƏT
ABŞ Konqresi və “Heritage” fondunda Tran...
ABŞ Konqresi və “Heritage” fondunda Tran...

ABŞ Konqresində “Trans-Xəzər regionun geostrateji əhəmiyyəti və perspektivlər...

İQTİSADİ

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...

2018-05-17 08:45:07

İQTİSADİ
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəm...