SOSİAL
A- A A+

Ermənipərəst qüvvələrin növbəti məğlubiyyəti

2017-12-14 10:40:51

Ermənipərəst qüvvələrin növbəti məğlubiyyəti

Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar sessiyasında Avropa İttifaqının (Aİ) xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerininin iştirakı ilə növbəti “Xarici işlər və təhlükəsizlik siyasətinə dair illik hesabat” sənədi qəbul edilib.

AZƏRTAC xəbər verir ki, hesabat əhəmiyyətinə görə AP-nin Xarici Əlaqələr Komitəsinin il ərzində hazırladığı və qəbul etdiyi ən vacib sənəd hesab olunur. Müəllifi komitənin sədri Deyvid Makkalister olan bu sənəd doktrinal xarakter daşıyır və bir qayda olaraq, Aİ və onun üzv dövlətləri tərəfindən yürüdülmüş xarici siyasətin illik nəticələri və perspektivlərini əhatə edir. Sənədin mətnində son illər Şərq Tərəfdaşlığı ölkələrindən yalnız Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə dəstək ifadə olunurdu.

Böyük səs çoxluğu ilə (408 lehinə, 132 əleyhinə) qəbul edilmiş builki hesabatın mətnində ölkəmiz üçün prinsipial maraq kəsb edən müddəalar əks olunub. Belə ki, sənədin 20-ci bəndində Ukraynadakı müharibə misal gətirilərək, ilk dəfə olaraq bütün Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə öhdəlik ifadə edilir. Digər tərəfdən, hesabatın əvvəlində suverenlik, ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə bütün Aİ üzv dövlətləri tərəfindən hörmət edildiyi qeyd olunur, bu xüsusda Aİ-nin icbari Qlobal Strategiya sənədinə istinad edilir. Qeyd olunmalıdır ki, AP-nin ermənipərəst üzvləri tərəfindən həmin müddəaların mahiyyətini təhrif edən düzəliş irəli sürülsə də, qurumun üzvlərinin böyük çoxluğu həmin düzəlişin əleyhinə səs verib.

Sənədə dair aşağıdakı məqamlar xüsusi qeyd olunmalıdır: Birincisi, Aİ institutları tarixində ilk dəfə olaraq bütün Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü AP-nin öhdəliyi kimi qəbul edilir.

İkincisi, Aİ institutlarının tarixində ilk dəfə olaraq, Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək bu ölkələrdə baş verən münaqişələrin həlli kontekstində verilir. Üçüncüsü, Şərq Tərəfdaşlığı ölkələrində baş verən münaqişələrə AP-nin vahid mövqedən yanaşması ilk dəfə olaraq vurğulanır. Brüsseldə cari il noyabrın 24-də keçirilmiş Şərq Tərəfdaşlığı Sammitinin Yekun Bəyannaməsində bu yanaşma artıq nümayiş etdirilib. Göstərilən münasibətin Aİ-nin həm icra, həm də permanent institutları tərəfindən ardıcıl qaydada bildirilməsi tərəfdaş dövlətlərin ərazi bütövlüyü və bu ölkələrdə baş verən münaqişələrin həllinə dair Avropa İttifaqında vahid dayanıqlı trendin formalaşmasına işarə verir.

Dördüncüsü, Avropa Parlamentinin Aİ-nin “Xarici işlər və təhlükəsizlik siyasətinə dair illik hesabat”ı ilə bağlı qətnaməsi AP tərəfindən qəbul edilən digər tövsiyə sənədlərindən fərqli olaraq xüsusi əhəmiyyətə malikdir. Məhz bu sənəd əsasında F.Moqerini AP-də ildə iki dəfə olmaqla onun icrasına dair hesabat verir. Cari ilin iyulunda BMT-nin Baş Məclisinin 72-ci sessiyası, eləcə də noyabrda Şərq Tərəfdaşlığının Brüssel Sammitinə dair AP tərəfindən qəbul edilmiş tövsiyə sənədlərində erməni lobbiçilərinin fəaliyyəti nəticəsində “xalqların öz müqəddəratını təyin etməsi” prinsipi daxil edilsə də, bu qətnamələr tövsiyə xarakteri daşıdığına görə Aİ-nin icra qurumları tərəfindən nə Nyu-Yorkda, nə də Brüsseldəki tədbirlər zamanı nəzərə alınmayıb. Beləliklə, qəbul edilmiş və Aİ institutları üçün xüsusi əhəmiyyət daşıyan qətnamədə əks olunmuş maddələr ermənilər tərəfindən “nailiyyət” kimi qələmə verilmiş əvvəlki tövsiyə sənədlərində olan ifadələri aradan qaldırır.

Beşincisi, hazırda Aİ-nin həm icraçı, həm də Avropa Parlamenti tərəfindən qəbul edilən doktrinal və icra üçün icbari sayılan sənədlərində bütün qonşu dövlətlərin ərazi bütövlüyünün sərhədlərinin toxunulmazlığı prinsipi əsasında dəstəklənməsi əks olunub. Bu, Avropa İttifaqının faktiki olaraq qonşuluqda baş verən münaqişələrə dair yeni vahid mövqeyinin formalaşmasını göstərir.

Nəhayət, qeyd olunmalıdır ki, həm Şərq Tərəfdaşlığı Sammitinin Yekun Bəyannaməsində əks olunmuş, həm də AP tərəfindən qəbul edilən qətnamədə milli maraqlarımıza tam cavab verən müddəaların yer alması son aylar beynəlxalq media orqanlarında aparılan antiazərbaycan kampaniyası fonunda baş verib. Beləliklə, ölkəmiz üçün beynəlxalq aləmdə prinsipial əhəmiyyət daşıyan mövqelərimiz daha da güclənib. Faktiki olaraq, ermənilər və onlara havadarlıq edən qüvvələrin bu kampaniya zamanı nəzərdə tutduqları məqsədlərin iflasa uğradığı aydın şəkildə nəzərə çarpmaqdadır.


Kateqoriya : SOSİAL Baxış sayı : 242

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...