QHT və MEDİA
A- A A+

Fransa səfiri: “Qarabağ münaqişəsi “dondurulmuş” deyil, realdır və bu, bizi narahat edir”

2017-12-13 11:20:28

.

“Dağlıq Qarabağ münaqişəsini “dondurulmuş” kateqoriyasına aid etmək çətindir”. APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot keçirdiyi brifinqdə deyib. Münaqişənin cəmiyyətdə əks olunma səviyyəsindən təəccübləndiyini deyən diplomat ilin əvvəlindən bəri təmas xəttində 57 hərbçinin həlak olduğunu diqqətə çatdırıb. Səfir qeyd edib ki, bu, “dondurulmuş” münaqişə deyil: “Bu, insanlara və iqtisadiyyata təsir edən gerçək münaqişədir. Bu münaqişə bizi narahat edir. Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi öhdəliklərini yerinə yetirməkdə qərarlıdır. Münaqişənin hərb yolu ilə həlli ola bilməz”. C. Lakot bildirib ki, danışıqlar prosesinin mərkəzində güc tətbiqinin yolverilməzliyi, ərazi bütövlüyü və xalqların öz müqəddəratının təyin edilməsi prinsipləri dayanır. O qeyd edib ki, Fransa prezidentlərin Cenevrə görüşünün, XİN rəhbərlərinin Vyana görüşünün nəticələrini alqışlayır və nazirlərin ilin əvvəlində görüşünü gözləyir: “Fransada ən yüksək səviyyədə münaqişəni izləyirlər. Fransa Minsk qrupu tərkibində öhdəliklərinə tam sadiqdir, lakin söhbət vasitəçilik rolundan gedir. Nizamlanmaya yalnız tərəflər nail ola bilərlər”.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 237

QHT və MEDİA

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...