SOSİAL
A- A A+

Ermənistan azərbaycanlı məcburi köçkünlərə təzminat ödəyəcək

2017-12-13 09:45:56

Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı yeni qərar çıxarıb

APA-nın məhkəmənin saytına istinadən verdiyi məlumata görə, qərara əsasən Ermənistan hökuməti vurduğu maddi və mənəvi ziyan üçün 6 şikayətçinin hər birinə 5 min avro ödəməli və ümumi xərclər üçün 28 642 funt-sterlinq ödəniş etməlidir.

Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il iyunun 16-da “Çıraqov və başqaları Ermənistana” qarşı işi ilə bağlı qərar çıxararaq şikayətçilərə qarşı Avropa İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinin davamlı pozulduğunu bildirib. İş üzrə iddiaçılar Elxan və Adışirin Çıraqovlar (1950 və 1947-ci il təvəllüdlü), Ramiz Cəbrayılov (1960), Akif Həsənov (1959), Fəxrəddin Paşayev (1956) və artıq vəfat etmiş Qara Cəbrayılovdur (1940).

Akif Həsənovdan başqa iddiaçıların hamısı hazırda Bakıda yaşayır. Laçın rayon sakinləri olan bu şəxslər 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib. Adı çəkilən şəxslər iddia ərizələrində bildiriblər ki, Laçına qayıda bilmədiklərinə görə öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə buna rəğmən onların məruz qaldığı zərərin müqabilində təzminat ödəməyib. İddia ərizəsi Avropa İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinə əsaslanır.

İddiaçılar həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını bildiriblər və qeyd ediblər ki, əgər erməni və xristian olsaydılar, onları evlərini tərk etməyə məcbur etməzdilər. Bu şikayət ərizəsi Avropa İnsan Haqları Məhkəməsinə 2005-ci il aprelin 6-da daxil olub. 2010-cu il martın 9-da isə iş məhkəmənin Böyük Palatasına göndərilib və həmin ilin 15 sentyabrında Böyük Palata şikayət üzrə ilk məhkəmə prosesini keçirib. 2011-ci il dekabrın 14-də AİHM şikayətləri qəbuledilən hesab edib və Ermənistanın bu işin AİHM-in müvəqqəti yurisdiksiyasından kənar olduğuna dair etirazını rədd edib. Böyük Palatanın son məhkəmə prosesi 2014-cü ilin 22 yanvar tarixində keçirilib.


Kateqoriya : SOSİAL Baxış sayı : 384

QHT və MEDİA

2019-01-23 19:40:21

QHT və MEDİA
Şuranın dövlət orqanları tərəfindən veri...
Şuranın dövlət orqanları tərəfindən veri...

Bu gün Şuranın cənab prezident İlham Əliyevin “Dövlət orqanları tərəfindən qe...

2019-01-22 09:05:43

QHT və MEDİA
Ermənilərlə barış planı necə ola bilər?...
Ermənilərlə barış planı necə ola bilər?...

Hətta bəzi beynəlxalq təşkilatların nümayəndələri Azərbaycana və Ermənistana ...

CƏMİYYƏT

2019-01-24 08:25:18

CƏMİYYƏT
Sətir-sətir oxu məni
Sətir-sətir oxu məni

Torpaq-yurd sevgisi, dünyanın müəmmaları, böyüyə hörmət, müəllimlərə ehtiram,...

2019-01-22 20:20:14

CƏMİYYƏT
Əfsanəvi sərkərdə Həzi Aslanovun anım mə...
Əfsanəvi sərkərdə Həzi Aslanovun anım mə...

Əfsanəvi qəhrəmanın abidəsi önünə əklillərin qoyulması ilə başlanan mərasimdə...

İQTİSADİ

2019-01-22 18:40:25

İQTİSADİ
"Azərbaycan inkişaf strategiyasını beynə...
"Azərbaycan inkişaf strategiyasını beynə...

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prez...

2019-01-15 10:05:29

İQTİSADİ
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...

İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan-Azərb...