MÜSAHİBƏ
A- A A+

Mənsur Bərxudarov: “Ölkəmiz bilik iqtisadiyyatına keçid ərəfəsindədir”

2017-12-12 21:00:40

Fact-info.az-ın suallarını Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisadi Məktəbinin direktoru Mənsur Bərxudarov cavablandırır:

-Mənsur müəllim, söhbətimizə Rus İqtisad Məktəbindən başlayaq. Bu struktur hansı zərurətdən yaranıb və hansı məqsədlərə çatmağı nəzərdə tutur?

-Azərbaycan Dövlət İqtisad Universitetində son 4 ildə geniş islahatlar aparılır. Ölkəmizin resurs iqtisadiyyatından bilik iqtisadiyyatına keçidi ictimai həyatın bütün sahələrində, o cümlədən də təhsil sahəsində sistemli və kompleks tədbirlərin həyata keçirilməsini tələb edir. Bu baxımdan ali iqtisadi təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasının dünya standartlarına uyğun modelinin reallaşdırılması zəruriyyəti yaranır. Bütün bu göstərilən məqamlar nəzərə alınaraq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rus İqtisad Məktəbi (RİM) yaradılıb. 2016-cı ildən etibarən UNEC-in bakalavr pilləsinin rus bölümündə oxuyan tələbələr RİM-də təhsil alırlar. Məktəbin yaradılmasında məqsəd rusdilli təhsil məkanına inteqrasiya edərək, bu məkanın üstünlüklərindən bəhrələnməklə yanaşı, həm də rusdilli əcnəbi tələbələri UNEC-ə cəlb etməkdir. Eyni zamanda rus dilində iqtisadi təhsili təcrübəyə yönəltmək qarşıya məqsəd kimi qoyulub. Buna görə də gələcəkdə RİM-də daha çox təcrübəyönümlü tədris planı əsasında yüksək ixtisaslı iqtisadçı kadrların yetişdirilməsi nəzərdə tutulur. Rus bölməsində tədris edilən təhsilin vahid məkandan idarə edilməsi UNEC-də rus dilində təhsilin səviyyəsinin yüksəldilməsi, idarəetmənin təkmilləşdirməsi, ixtisaslararası inteqrasiyanın inkişafı və tələbə-müəllim mobilliyinin artırılması istiqamətində faydalıdır. Bu da öz növbəsində yüksək keyfiyyətli ixtisaslaşmış iqtisadçı kadrların hazırlanmasına xidmət edir. Qeyd edək ki, UNEC Cənubi Qafqaz regionunda dörd dildə təhsil verən yeganə iqtisadyönümlü universitetdir. UNEC-də təhsilin türk dilində tədris edildiyi Türk Dünyası İşlətmə fakültəsi və ingilis dilində təhsil verən Beynəlxalq İqtisadiyyat Məktəbi fəaliyyət göstərir. Rus İqtisad Məktəbinin yaradılması ilə ali təhsil ocağında tədris edilən bütün dillər ayrıca fakültə və məktəblərə bölünmüş olur.

-Azərbaycanın iştirakı ilə gerçəkləşən nəhəng transregional layihələrin ölkəmin sosial-iqtisadi inkişafına təsirini necə dəyərləndirirsiniz?

-Dünyada və regionda gedən prosesləri izləyəndə bu qənaətə gəlmək olar ki, enerji layihələrinin uğurla reallaşdırılmasının kifayət qədər sosial-iqtisadi perspektivləri var. Heç şübhəsiz ki, Azərbaycan ərazisindən keçən və Avropaya qədər uzanan belə xətlərin aktuallığı gündən-günə artır və onların təsiri coğrafiyası genişlənir. Bu layihələr iqtisadi böhran şəraitində yaşayan Mərkəzi Asiya respublikalarının da belə tranzit layihələrə qoşulma imkanlarını xeyli artırır. Bu amillərin müsbət təsir gücü Azərbaycan üçün çox önəmlidir. Çünki, ölkəımiz tranzit ölkə olaraq bu layihələrdən xeyli fayda götürəcək.

- 2018-ci ilin perspektiv inkişaf istiqamətlərini necə dəyərləndirirsiniz?

- İqtisadi prosesləri təhlil edəndə bu qənaətə gəlmək olar ki, Azərbaycanda müəyyən edilən iqtisadi kurs çox döğrudur və düşünülmüş şəkildə reallaşdırılır. Bu siyasət 2018-ci ildə də uğurla davam edəcək. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, neft kapitalının insan kapitalına çevrilməsi bizim qarşımızda duran ən önəmli və vacib məsələdir. Düşünürəm ki, biz həmin istiqamətdə işlərimizi davam etdirəcəyik.

- “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasının gerçəkləşmə istiqamətlərini necə dəyərləndirirsiniz?

“Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası çox əhatəli və strateji xarakterli layihədir. Əsas hədəflər Azərbaycanın inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması və əhalinin həyat səviyyəsinin yüksək inkişaf etmiş ölkələrdə mövcud olan həyat səviyyəsinə çatdırmaqdan ibarətdir. Bu hədəflərə çatmaq üçün bizim üzərimizə böyük məsuliyyət düşür. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, neft kapitalının insan kapitalına çevrilməsi bizim qarşımızda duran ən önəmli və vacib məsələdir. Düşünürəm ki, biz həmin istiqamətdə irəliləyirik.

Fact-info.az


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 975

QHT və MEDİA

2018-04-24 09:35:28

QHT və MEDİA
İkili standartlar demokratiyaya, ölkələr...
İkili standartlar demokratiyaya, ölkələr...

Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun təqdim et...

2018-04-22 15:40:49

QHT və MEDİA
Müharibə və ixtilaflar girdabında: dünya...
Müharibə və ixtilaflar girdabında: dünya...

Böyük Britaniyada Sergey Skripal ilə bağlı insident isə vəziyyəti bir qədər d...

CƏMİYYƏT

2018-04-24 08:10:14

CƏMİYYƏT
Əzəli yurd yerlərimizin nisgili
Əzəli yurd yerlərimizin nisgili

Qərbi Azərbaycandan bəhs edən kitablar, qəzet və jurnal məqalələri, habelə di...

2018-04-21 14:05:40

CƏMİYYƏT
Erməni saxtakarlıqlarının ifşası mövzusu...
Erməni saxtakarlıqlarının ifşası mövzusu...

APA-nın məlumatına görə, konfransda çıxış edən agentliyin sədri Kamran İmanov...

İQTİSADİ

2018-04-24 08:25:33

İQTİSADİ
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyin...
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyin...

Yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimov nazirliyin kollektivi...

2018-04-23 07:25:39

İQTİSADİ
ABŞ-da İpək Yolu ilə bağlı tədbir
ABŞ-da İpək Yolu ilə bağlı tədbir

Konfransa tarixi İpək Yolunda yerləşən region və dövlətlərin rəsmiləri, həmçi...