SOSİAL
A- A A+

Dahi şəxsiyyət yad edildi

2017-12-12 11:10:57

.

Bəşəriyyətin çoxəsrlik tarixi təcrübəsi sübut edir ki, dərin zəka sahibi, mahir idarəçilik qabiliyyətinə malik lideri olan dövlətlər və millətlər yüksək inkişaf yolu keçməyə, tarixi uğurlar əldə etməyə müvəffəq olurlar. Belə liderlər xalqımızın tarixində də yetişmiş və onlar Azərbaycanımızın inkişafında, dövlətçiliyimizin yaranıb möhkəmlənməsində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında əhəmiyyətli rol oynamışlar. Onların arasında xalqı müstəqilliyə qovuşdurmuş, dövlətçiliyimizin daha da möhkəmlənməsində mühüm xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin adı xüsusi qürur hissi ilə çəkilir. Azərbaycanın tarixi şəxsiyyətlərinin fövqündə yer alan bu dahi insanın xalqımız qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Bu gün müstəqil Azərbaycan dövlətinin mövcudluğu üçün xalqımız məhz Ümummilli lider Heydər Əliyevə borcludur.

Ötən əsrin sonlarında Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra respublikamızda cərəyan edən siyasi proseslər gələcək üçün yaxşı heç nə vəd etmirdi. Belə ki, müstəqilliyinin ilk illərində xalqın etimad göstərdiyi, ümid bəslədiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində ciddi problemlər yaratmışdır. Belə bir böhranlı və ağır şəraitdə Azərbaycanı fəlakətə sürükləyən məkrli planların qarşısını almağa. düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə qüvvə məhz xalqın inam və etimad bəslədiyi ulu öndər Heydər Əliyev idi.

Yeri gəlmişkən, Azərbaycan üçün əsl sınaq dövrü kimi xarakterizə olunan həmin dövrdə xalqın daha mütərəqqi hissəsini, qabaqcıl ziyalılarını və siyasətçilərini birləşdirən Yeni Azərbaycan Partiyası artıq formalaşmağa və xalqın böyük əksəriyyətini bilavasitə Heydər Əliyev kimi görkəmli siyasi xadimin ətrafına toplamağa nail olmuşdu. 1992-ci ilin noyabrında Naxçıvanda yaradılmış Yeni Azərbaycan Partiyasının məqsəd və vəzifələri hər bir Azərbaycan vətəndaşının arzu və istəklərini özündə əks etdirirdi. Bu gün biz Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə ulu öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Heydər Əliyevin qurmaq istədiyi, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıyıq. 11 dekabr 2017-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Ümummilli lider Heydər Əliyevin vəfatı ilə əlaqədar Heydər Əliyev-tarix yaradan şəxsiyyət adlı anım tədbiri keçirib. Tədbirin əvvəlində ulu öndərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Yeni Azərbaycan Partiyasının qurucusu ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti ilə bağlı video-çarxın nümayişindən sonra YAP Pirallahı təşkilatı Aparatının məsul əməkdaşı Günel Məmmədova Ulu Öndərin Partiyanın yaranmasında və möhkəmlənməsində gördüyü işlərlə bağlı çıxış etdi. Tədbirin sonunda Pirallahı rayonunda fəaliyyət göstərən 186 saylı orta məktəbin şagirdlərinin ifasında Heydər Əliyevə həsr olunmuş şeirlərdən ibarət kompozisiya səsləndirildi.

Fact-info.az

  • @continue

Kateqoriya : SOSİAL Baxış sayı : 765

QHT və MEDİA

2019-01-23 19:40:21

QHT və MEDİA
Şuranın dövlət orqanları tərəfindən veri...
Şuranın dövlət orqanları tərəfindən veri...

Bu gün Şuranın cənab prezident İlham Əliyevin “Dövlət orqanları tərəfindən qe...

2019-01-22 09:05:43

QHT və MEDİA
Ermənilərlə barış planı necə ola bilər?...
Ermənilərlə barış planı necə ola bilər?...

Hətta bəzi beynəlxalq təşkilatların nümayəndələri Azərbaycana və Ermənistana ...

CƏMİYYƏT

2019-01-24 08:25:18

CƏMİYYƏT
Sətir-sətir oxu məni
Sətir-sətir oxu məni

Torpaq-yurd sevgisi, dünyanın müəmmaları, böyüyə hörmət, müəllimlərə ehtiram,...

2019-01-22 20:20:14

CƏMİYYƏT
Əfsanəvi sərkərdə Həzi Aslanovun anım mə...
Əfsanəvi sərkərdə Həzi Aslanovun anım mə...

Əfsanəvi qəhrəmanın abidəsi önünə əklillərin qoyulması ilə başlanan mərasimdə...

İQTİSADİ

2019-01-22 18:40:25

İQTİSADİ
"Azərbaycan inkişaf strategiyasını beynə...
"Azərbaycan inkişaf strategiyasını beynə...

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prez...

2019-01-15 10:05:29

İQTİSADİ
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...

İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan-Azərb...