QHT və MEDİA
A- A A+

UNESCO-nun QHT Forumunda Ermənistanın təxribatçı addımları pislənilib

2017-12-12 10:30:38

.

Koreya Respublikasının Jeju adasında UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası başa çatıb. Sessiyada UNESCO-ya üzv dövlətləri təmsil edən nümayəndələrlə yanaşı, UNESCO-da akkreditasiyadan keçmiş qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər.

Sessiya çərçivəsində keçirilən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə QHT Forumunda Azərbaycanı “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Fazil Qasımov təmsil edib.

Fazil Qasımov Forumda Ermənistan nümayəndəsinin, Komitə üzvlüyündən sui-istifadə edərək Azərbaycanın təqdim etdiyi bütün nominasiya fayllarına provokativ müdaxiləsinə və siyasi şərhlərinə etiraz edib, Forumun yekun bəyanatında Konvensiyanın ruhuna xələl gətirən bu cür əməllərin kəskin pislənilməsini tələb edib. İctimai Birliyin nümayəndəsi, QHT-lərin sülhə, dialoqa və mədəni irsin qorunmasına sadiq olduqlarını ifadə etmək üçün UNESCO sessiyasında iştirak etdiklərini bildirib, sessiyada nifrət çıxışları edilməsinin təəssüf doğurduğunu və bunun yolverilməz olduğunu qeyd edib.

İctimai Birliyin tələbi nəzərə alınaraq, Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə QHT Forumunun yekun bəyanatında Qiymətləndirici Orqan tərəfindən verilən qərarlara sistematik şəkildə Komitə üzvləri tərəfindən yersiz müdaxilələr edilməsinin Konvensiyanın nüfuzuna xələl gətirdiyi və Qiymətləndirici Orqanın mövqeyini zəiflətdiyi qeyd olunub, UNESCO Konvensiyasının missiyasının ölkələr arasında rəqabət yaratmaq olmadığı vurğulanıb. http://www.ichngoforum.org/ich-ngo-forum-statement-12-com/

Sessiya çərçivəsində QHT-lərin fəaliyyəti ilə bağlı təqdimat materialları Jeju Beynəlxalq Konfrans Mərkəzində nümayiş edilib. İctimai Birliyin nümayəndəsi Fazil Qasımov qonaqlara Azərbaycan musiqi sənəti və folklor nümunələri ilə bağlı audiovizual materialları və Aşıq Şəmşirin portretini hədiyyə edib. Qeyd edək ki, 2016-cı il iyunun 1-də UNESCO-nun “Qeyri-maddi mədəni irsin mühafizəsi üzrə Konvensiya”ya üzv dövlətlərin Baş Assambleyasının 6-cı sessiyasında “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO-da akkreditasiyasına dair qərar qəbul olunub və İctimai Birliyə qurumda məsləhətçi status verilib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 771

QHT və MEDİA

2020-02-21 08:55:02

QHT və MEDİA
Harvard Universitetinin saytında Ermənis...
Harvard Universitetinin saytında Ermənis...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

2020-02-20 09:25:37

QHT və MEDİA
Amerikalı ekspert: Ermənistan hökumətini...
Amerikalı ekspert: Ermənistan hökumətini...

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə amerikalı ekspert Piter Teys ...

CƏMİYYƏT

2020-02-20 09:50:36

CƏMİYYƏT
Prezident İlham Əliyevin Münxen qələbəsi...
Prezident İlham Əliyevin Münxen qələbəsi...

Almaniyanın Münxen şəhərində təhlükəsizlik problemləri ilə bağlı ənənəvi olar...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-19 18:20:24

İQTİSADİ
Azərbaycanlı alimlərin dünya elminə mühü...
Azərbaycanlı alimlərin dünya elminə mühü...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunu...

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...