SOSİAL
A- A A+

Xocalının portretin sözlə çəkən insan

2017-12-12 08:45:28

.

Nəinki Azərbaycan, hətta, qardaş Türkiyədə elə bir insan tapılmaz ki, Xocalı soyqırımı haqda məlumatlı olmasın. Bu uğur Azərbaycanın Dövlət başçısının, habelə, Heydər Əliyev Fondunun və ölkə ictimaiyyətinin birgə zəhmətinin məhsuludur. Məlum soyqırımın tanınmasında xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın və fəalların zəhməti danılmazdır. Belə fəallardan biri də hazırda İsveç şəhərində yaşayan yazıçı-publisist Eluca Atalıdır. Eluca xanım Neftçala rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini bitirib.

Eluca xanım 16-dan çox kitabın müəllifidir.Eluca xanımın 2016-cı ildə “Tiqranizm Xocalıda” adlı dram əsəri işıq üzü gördü. “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin fəalları, Eluca Atalı və onun əqidə dostlarıyla birgə Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində həmin kitabın təqdimatını keçirdilər. Artıq Türkiyənin bir neçə şəhərində, habelə, Özbəkistan, Qırğızıstan və Azərbaycanda kitab müəllifinin oxucularla görüşləri təşkil olunur.Eluca xanım, sözün həqiqi mənasında Xocalının əsl portretini sözlə çəkən insandır!

Dekabrın 11-də Abşeron rayonunun Xırdalan şəhərindəki 3 nömrəli tam orta məktəbdə də yazıçı - publisist E.Atalının oxucularla görüşü keçirildi. Tədbiri “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri, “Tərəqqi” medalının mükafatçısı Şamil Sabiroğlu açdı. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın nurlu xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycanın Dövlət Himni səsləndi. Kitabın redaktoru, Respublikanın Əməkdar jurnalisti Əntiqə Qonaq, kitabın məsləhətçisi, Qarabağ qazisi Elli Atayurd, Rusiyanın Tatarıstan Respublikasında yaşayan “Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı”nın Prezidenti Sərraf Kərimov Azərbaycan həqiqətlərinin tanınmasında E.Atalının xidmətlərini qeyd etdilər.

Daha sonra çıxış edən Eluca xanım, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində doğma ev-eşiyindən zorla çıxarılmış 1 milyondan artıq qaçqın və məcburi köçkünün sosial problemlərinin həllinə hamılıqla yardım etməyin zəruri olduğunu bildirdi.O, kitabın yazılmasında, redaktə edilməsində, habelə, çapına dəstək göstərən hər bir şəxsə öz təşəkkürünü bildirdi. Eluca xanım, 20 ildən artıq müddətdə İsveçdə yaşamasından, Vətən qarşısındakı xidmətərindən danışdı. Kitabın məsləhətçisi Elli Atayurd, bu əsərin müsbət detallarını xarakterizə etdi.

Xırdalan şəhər 3 nömrəli tam orta məktəbin direktoru Sevinc xanım Məmmədəliyeva tədbirin təşkilatçıları- “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri Şamil Sabiroğluna, yazıçı-publisist Eluca Atalıya, Respublikanın Əməkdar jurnalisti Əntiqə Qonağa, şair Elli Atayurda kollektiv adından öz təşəkkürünü bildirdi. Sevinc xanım yazıçı-publisist E.Atalını Azərbaycan həqiqətlərinin tanımasında müstəsna xidmətlərinə görə Fəxri Fərmanla təltif etdi. Sonda Şamil Sabiroğlu tədbirin baş tutması üçün icazə verən Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədovaya, Rayon Təhsil şöbəsinin müdiri Nazilə xanım Məmmədovaya təşəkkürünü bildirdi.

Şamilə Şamilqızı, Aysel Bayramova


Kateqoriya : SOSİAL Baxış sayı : 365

QHT və MEDİA

2018-09-25 09:35:20

QHT və MEDİA
Milli Məclis Ermənistan parlamenti ilə ə...
Milli Məclis Ermənistan parlamenti ilə ə...

Fact-info.az "Report"a istinadən xəbər verir ki, bunu görüşdə iştirak edən Mi...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-25 10:35:01

CƏMİYYƏT
"Xaçaturov gizli erməni planlarında KTMT...
"Xaçaturov gizli erməni planlarında KTMT...

Bu barədə Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ...

2018-09-24 08:15:00

CƏMİYYƏT
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...

Açılış mərasimində “Mübariz olaq” adlı rəsm sərgisi də təşkil edilib. Tədbiri...

İQTİSADİ

2018-09-24 22:30:18

İQTİSADİ
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...

Trend-in məlumatına görə, iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə ...

2018-09-24 08:25:39

İQTİSADİ
Azərbaycan və Aİ arasında yeni sazişlə b...
Azərbaycan və Aİ arasında yeni sazişlə b...

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə d...