SİYASƏT
A- A A+

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

2017-12-11 09:50:21

.

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində dünya miqyaslı siyasətçi, xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi yaşayan, müasir dövlətçilik tariximizdə əbədi iz qoyan, ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib. Mərasim iştirakçıları əvvəlcə Ümummilli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Ulu Öndərin fəaliyyətindən danışaraq bildirib ki, 1993-cü ildə ölkənin çətin dövründə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev məhz xalqın dəstəyinə arxalanaraq Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib. Dünya miqyaslı siyasətçi Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi yaşayır. Ulu Öndərin siyasi uzaqgörənliyi, müdrikliyi və qətiyyəti sayəsində ölkəmiz dünyada tanınan nüfuzlu bir dövlətə çevrilib.

Qeyd edib ki, Heydər Əliyev Azərbaycana sabitlik, iqtisadi yüksəliş, səmərəli enerji siyasəti, təhlükəsizlik, sosial inkişaf, demokratiya gətirib, dövlətin hərtərəfli tərəqqisi üçün addımlar atıb, onun müsbət beynəlxalq imicinin formalaşmasını təmin edib.

Dövlətimizin və dövlətçiliyimizin memarı olan Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində müstəqillik illərində Azərbaycan inkişaf edərək regionun lider dövlətinə çevrilib. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra Qərbə inteqrasiya yolunu tutub və onun balanslaşdırılmış xarici siyasəti sayəsində ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlara üzv olub. Ümummilli Liderin apardığı uğurlu neft strategiyası, siyasi və iqtisadi islahatlar nəticəsində Bakıda "Əsrin müqaviləsi" adlanan beynəlxalq saziş imzalanıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri Ulu Öndərin uğurlu siyasətinin bəhrələridir. “Ulu Öndərə görə enerji təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsi olaraq, aparıcı rol oynamalı idi. Heydər Əliyev həmin dövrün bütün incəliklərini nəzərə alaraq mükəmməl neft strategiyasını hazırladı. Bu strategiyanı həyata keçirməklə Azərbaycanın regionun liderinə çevrilməsinin təməlini qoydu və dövlətin qlobal siyasətdə rolunu yüksəltdi. Ulu Öndərin balanslaşdırılmış siyasətinin bəhrələrini bu gün bütün Cənubi Qafqaz görür”-deyə səfir R.Mustafayev vurğulayıb.

Diqqətə çatdırıb ki, Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyev bütün sahələrdə həyata keçirdiyi uğurlu islahat proqramları ilə Heydər Əliyevin siyasi kursunu daha da zənginləşdirib. Azərbaycan bütün sahələrdə böyük və əhəmiyyətli layihələrə imza atıb. Sonra gənc pianoçu Etibar Əsədli Ulu Öndərin sevdiyi mahnıları ifa edib. Mərasimdə iştirak edən Fransanın Azərbaycandakı birinci səfiri olmuş Jan Perren AZƏRTAC-a səfir olduğu dövrdə Ulu Öndər ilə görüşlərindən, xatirələrindən danışıb. O, ümummilli lider Heydər Əliyevin Azərbaycan–Fransa münasibətlərinə böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.

“Heydər Əliyev haqqında Azərbaycana səfir təyin olunmazdan əvvəl eşitmişdim. O, təkcə Sovet İttifaqında deyil, onun hüdudlarından kənarda da böyük şəxsiyyət, dövlət xadimi kimi tanınırdı. Azərbaycana səfir təyin olunandan sonra birinci arzum onu görmək idi. Həmin illər vəziyyət çox ağır idi, güclü şaxtalar var idi. İstilik üçün heç nə yox idi. Belə çətin vəziyyətdə Naxçıvana Heydər Əliyevi görməyə getdim və bu bizim ilk görüşümüz idi. Naxçıvanda çox çətin vəziyyətdə, soyuqda işləyirdi. O, elə qətiyyətli şəxsiyyət idi ki, çətinliklərə baxmayaraq, bütün enerjisi ilə ölkəsi üçün çalışırdı.

Heydər Əliyev Bakıya gələndən sonra mən daima onun dəstəyinin şahidi oldum. Görüşüb danışırdıq, çətinliklərimdən danışanda mənə kömək etməyə çalışırdı. Heydər Əliyev Fransa ilə münasibətlərə böyük önəm verirdi. Fransaya səfərləri zamanı Parisdə də görüşürdük. Heydər Əliyev böyük diplomat, siyasətçi və dövlət xadimi idi”-deyə Jan Perren vurğulayıb.(Azərtac)


Kateqoriya : SİYASƏT Baxış sayı : 303

QHT və MEDİA

2018-09-22 09:20:06

QHT və MEDİA
Ermənilər girov götürdükləri azərbaycanl...
Ermənilər girov götürdükləri azərbaycanl...

Trend-in məlumatına görə, bu barədə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İct...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-22 09:40:24

CƏMİYYƏT
“Cümhuriyyət dövründə qəbul edilən qərar...
“Cümhuriyyət dövründə qəbul edilən qərar...

Bu sözləri Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua...

2018-09-20 21:35:13

CƏMİYYƏT
Hacıbəylilər qardaşları və Azərbaycan mu...
Hacıbəylilər qardaşları və Azərbaycan mu...

XX əsr musiqi mədəniyyətimizə bir neçə şəxsiyyətlər bəxş etdi. Xoşbəxtlikdən ...

İQTİSADİ

2018-09-20 09:05:41

İQTİSADİ
Prezident qeyri-neft sektorunda rəqabətq...
Prezident qeyri-neft sektorunda rəqabətq...

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında qeyri-neft sektorunun sü...

2018-09-19 08:05:44

İQTİSADİ
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 18-də ...