CƏMİYYƏT
A- A A+

Xarici media nümayəndələri Azərbaycanda keçirdikləri görüşlərdən yazıb

2017-12-10 23:05:03

.

Misirin geniş oxucu auditoriyasına malik “Əxbar əl-yaum” qəzeti ölkənin aparıcı media nümayəndələrinin bu yaxınlarda Azərbaycana səfərinin nəticələrinə dair bir neçə məqalə dərc edib. Beynəlxalq Avrasiya Mətbuat Fondu və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəvəti ilə Azərbaycanda səfərdə olmuş misirli jurnalistlər bir sıra görüşlər keçirib, ölkəmizin tarixi, dini və mədəni abidələri ilə tanış olublar. Onlar cəbhə xəttinə yaxın kəndlərə baş çəkib, işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gediblər. AZƏRTAC xəbər verir ki, “Əxbar əl-yaum” qəzetinin baş redaktoru Rüfət Fəyyad misirli jurnalistlərin ölkəmizə səfərinin mühüm hadisələrlə yadda qaldığını yazır.

Baş redaktor məqalədə bildirir ki, səfərin önəmli hadisələrindən biri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun nümayəndə heyətinin üzvləri ilə görüşü olub. Görüşdə Əli Həsənov misirli qonaqlara Azərbaycanın tarixi, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində ölkəmizin sürətli inkişafı barədə ətraflı məlumat verib. Müəllif yazır ki, Azərbaycanın İslam aləmində həmrəyliyin gücləndirilməsinə böyük önəm verdiyini bildirən Əli Həsənov tarix boyu ölkəmizdə mövcud olmuş multikultural və tolerant mühitdən danışıb, Azərbaycanın öz tolerantlıq modelini, mədəniyyətlər və sivilizasiyalararası dialoqu bütün dünyada fəal təbliğ və təşviq etməsindən söz açıb.

Baş redaktor məqaləsində Əli Həsənovun bəzi xarici dairələrin İslam həmrəyliyinin iflasa uğradığını sübut etməyə cəhd göstərdikləri barədə fikirlərinə yer ayırıb. Prezidentin köməkçisi görüşdə qeyd edib ki, Azərbaycan öz həmrəylik modelini təqdim etməklə bu cəhdləri puça çıxarır. Ölkədə təkcə müxtəlif məzhəblərin nümayəndələri deyil, həmçinin müxtəlif dinlərə mənsub insanlar qarşılıqlı anlaşma və qardaşlıq şəraitində yaşayır və fəaliyyət göstərirlər. Hər il Ramazan ayında təşkil olunan iftar süfrəsində müxtəlif dinlərin liderlərinin birlikdə iştirakı bunun bariz nümunəsidir.

Əli Həsənov Azərbaycanda digər azadlıqlarla yanaşı, etiqad azadlığının da qorunduğunu vurğulayıb, eyni zamanda, ölkəsinin bu sahədə kənar müdaxilələrə zamanında cavab verdiyini, din-dövlət münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini bildirib. Məqalədə, həmçinin qeyd edilir ki, Misirin aparıcı qəzetlərinin baş redaktorları ilə keçirilmiş görüşdə Əli Həsənov Azərbaycanın İslam sivilizasiyasına töhfələrindən danışıb, ölkəmizin müsəlman Şərqində ilk demokratik respublika qurduğunu, dünyada qadınlara ilk səsvermə hüququ verdiyini, universitetlər, teatrlar təsis etdiyini diqqətə çatdırıb. O, sovet rejimi dövründəki çətinliklərə, məhrumiyyətlərə baxmayaraq, Azərbaycan xalqının milli kimliyini, dilini, dinini unutmadığını və öz köklərinə bağlı olduğunu bildirib.

Baş redaktor yazır ki, görüşdə müsəlman ölkələrinin mətbuat nümayəndələri arasında əməkdaşlığın vacibliyi vurğulanaraq, xalqlarımızın mədəniyyətinin və ölkələrimizin uğurlarının təbliği, problemlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından bu işbirliyinin önəmi də qeyd edilib.

Qəzetdə Misirin media nümayəndələri ilə Bakı Dövlət Universitetində (BDU) keçirilmiş görüşdən də bəhs edilir. Müəllif yazır ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin əhəmiyyətindən, bununla bağlı ölkədə, eləcə də BDU-da keçirilən tədbirlərdən danışıb. Rektor müsəlman alimlərin, o cümlədən misirli alimlərin dünya elminə verdikləri töhfələri diqqətə çatdırıb. Bakı Dövlət Universitetində şərqşünaslıq fakültəsi açılıb, ərəb dili və ədəbiyyatı sahəsində güclü məktəb formalaşıb. Bu barədə söhbət açan Abel Məhərrəmov xarici universitetlərlə, o cümlədən Misirin aparıcı elm müəssisələri ilə əlaqələrə də toxunub.

Məqalədə Azərbaycana səfər etmiş misirli jurnalistlərin də qatıldığı “İslam həmrəyliyinin gücləndirilməsində medianın rolu” mövzusunda Bakıda keçirilmiş beynəlxalq konfransın əhəmiyyətindən söhbət açılır. Beynəlxalq Avrasiya Mətbuat Fondunun və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş konfransda səsləndirilmiş fikirlərin İslam aləmi üçün aktuallığını qeyd edən müəllif çıxışlardan sitatlar gətirib. Çıxışlarda İslam həmrəyliyinin İslam ümməti üçün tarixi önəm daşıdığı, müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsinin hazırkı vəziyyətdə xüsusilə zəruri olduğu, bu istiqamətdə medianın da üzərinə mühüm vəzifələrin düşdüyü vurğulanıb.

Rüfət Fəyyad digər məqaləsində Azərbaycanda olduqları müddətdə dini ibadətgahlara, o cümlədən Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidinə baş çəkdiklərini yazır, gördükləri məzhəblərarası həmrəyliyin, vəhdətin onlarda böyük təəssürat yaratdığını bildirir. Müəllif nümayəndə heyətinin Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmil Nuh və səfirliyin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi ilə görüşündən də söhbət açır. Səfir ölkəmizin müstəqilliyini ilk tanıyan dövlətlərdən biri kimi Misirin Azərbaycanla əlaqələrinə böyük əhəmiyyət verdiyini qeyd edib, ölkələrimiz arasında əlaqələrin çoxillik tarixə malik olduğunu vurğulayıb. Əhməd Sami əl-Aydi isə Misirlə Azərbaycan arasında təhsil və mədəniyyət əlaqələrindən söhbət açıb, rəhbərlik etdiyi Misir Təhsil və Mədəniyyət Əlaqələri Mərkəzinin bu münasibətlərin daha da dərinləşməsindəki roluna toxunub.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 452

QHT və MEDİA

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...