QHT və MEDİA
A- A A+

“Məscidlər: İslamın möhtəşəmliyi” kitabının təqdimatı keçirilib

2017-12-09 09:50:15

.

Heydər Əliyev Mərkəzində Leyla Uluxanlının “Məscidlər: İslamın möhtəşəmliyi” (“Mosques: Splendors of Islam”) kitabının təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə əvvəlcə kitabda yer almış məscidlərin fotoşəkillərindən ibarət sərgiyə baxış olub. Tədbirdə ingilis dilində hazırlanmış kitabla bağlı məlumat verilib. Bildirilib ki, nəşr müəllifin 8 illik zəhmətinin bəhrəsidir.

Sonra bütün iştirakçılar virtual olaraq kitabda yer almış məscidlərə səyahət ediblər. Yeni nəşrin təqdimatının Vətənində keçirilməsinin qürurverici olduğunu söyləyən müəllif Leyla Uluxanlı bu layihəni dəstəklədiklərinə görə Heydər Əliyev Fonduna, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

“Mənim birinci sənətim şərqşünaslıqdır və sevinirəm ki, bu tədbirdə sevimli müəllimlərim iştirak edirlər. Biz kitabı hazırlayarkən qarşımıza məqsəd qoymuşduq ki, bu nəşr memarlar, rəssamlar, dizaynerlər, şərqşünaslar, o cümlədən geniş ictimaiyyət üçün maraqlı olsun. Layihənin əvvəlində peşəkarlardan ibarət komandamla dünyanın ən gözəl 267 məscidini ziyarət etdik. 25 ölkədən 53 məscid seçildi ki, onlar tarixən İslam sivilizasiyasının ən yüksək estetikasını təşkil edir. Azərbaycandan 3 məscid də kitaba daxil edildi. Bu gün İslam memarlığının inkişafına verdiyi töhfəyə görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm. Bakıda çox gözəl Heydər Məscidi tikilib. Bu, bizim kitabımızın ilk səhifəsində yer alıb”, - deyə müəllif vurğulayıb.

Kitabdakı fotoların peşəkar fotoqraflar tərəfindən çəkildiyini bildirən müəllif deyib: “Təəssüflər olsun ki, bir sıra məscidlər dağıntılara məruz qaldığından biz arxiv materiallarından da istifadə etmişik”. Leyla Uluxanlı vurğulayıb ki, kitabın müqəddiməsini şahzadə Amin Ağa Xan yazıb. Kitabın beynəlxalq layihələr üzrə redaktoru Yekaterina Karelina deyib ki, bu, nadir bir layihədir. Otuz il ərzində belə bir layihə reallaşdırılmayıb: “Biz bu işlə məşğul olarkən məscidlərin gözəlliyini geniş ictimaiyyətə çatdırmaq istədik. Bu layihə üzərində dünyanın nüfuzlu universitetlərinin, təşkilatlarının aparıcı mütəxəssisləri iştirak ediblər. Kitab bundan sonra fransız və rus dillərində çap olunacaq, həmçinin üç ölkədə - ABŞ, Böyük Britaniya və Rusiyada təqdimatları keçiriləcək”.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək deyib ki, kitabın təqdimatının ölkəmizdə elan olunan “İslam Həmrəyliyi İli”ndə keçirilməsi əlamətdar haldır. Bütün səmavi dinlər bəşəriyyətə sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, qardaşlıq, mərhəmət ideyalarını təlqin edir. Azərbaycanda elan edilən “İslam Həmrəyliyi İli” də bu idealların, sülhün dünyamızda daha möhkəm bərqərar olunmasına xidmət edir.

Nazir müavini deyib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlər dini etiqad azadlığına geniş imkanlar açdı və nəticədə dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldı. Tolerantlığın Azərbaycan modelinin sonrakı uğurlu təbliğatı birbaşa Prezident İlham Əliyevin iradəsi və təşəbbüsü ilə yürüdülən siyasətin nəticəsidir. Bu siyasət liderlərə məxsusdur və davamlı xarakter alıb.

Ədalət Vəliyev diqqətə çatdırıb ki, sovet dövründə ölkəmizdə cəmi 17 məscid var idisə, bu gün müstəqil Azərbaycanda 2100-dən çox məscid fəaliyyət göstərir.

Təqdimat mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədri Vasim Məmmədəliyev, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə məscidlərin memarlıq üslubundan söz açaraq bu mənada yeni kitabı zəngin məlumat mənbəyi kimi dəyərləndiriblər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 557

QHT və MEDİA

2019-08-24 08:00:14

QHT və MEDİA
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...

Ermənistan KİV-in məlumatına görə, Ermənistan hökuməti qondarma Dağlıq Qaraba...

2019-08-24 07:40:00

QHT və MEDİA
Dinlərarası və Sivilizasiyalarası Əməkda...
Dinlərarası və Sivilizasiyalarası Əməkda...

Mərkəzdən APA-ya daxil olan bəyanatda bildirilir ki, bu il Birləşmiş Millətlə...

CƏMİYYƏT

2019-08-23 07:40:56

CƏMİYYƏT
Soyqırımdan bəhs edən və ingilis dilində...
Soyqırımdan bəhs edən və ingilis dilində...

Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Ni...

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...