MƏDƏNİ
A- A A+

“Ozan”nın ilk buraxılışı

2017-12-08 10:10:00

Azərbaycan Aşıqlar Birliyinin yeni nəşri olan “Ozan” elm və sənət toplusunun birinci buraxılışı işıq üzü görüb

Bu ildən etibarən ildə bir dəfə buraxılması nəzərdə tutulan və redaksiya heyətində ölkəmizin, eləcə də ABŞ, Türkiyə və Gürcüstanın nüfuzlu elm ocaqlarının tanınmış elm və sənət adamlarının təmsil olunduğu nəşrin baş redaktoru Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı, baş redaktorun müavini isə Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğludur.

Topluda “Aşıq ədəbiyyatının milli və tarixi özəlliyi”, “Bozoxu” havasının tarixi morfologiyasına dair”, “Aşıq bayatıları milli musiqili-poetik intonasiya modeli kimi”, “Aşıq Ələsgərin çap olunmuş kitablarında verilməmiş bir çox şeirləri haqqında”, “Xanəndə və aşıq obrazlarını yaradan Şirzad Hüseynov alman deyil”, “Çıldırlı aşıq Şenliyin həyatı və sənəti”, “Ustad aşıq – zəmanədən gileyli şair”, “Aşıq Nəcəf Göyçəlinin sənət dünyasında dövr və zaman problemi” və digər elmi məqalələr, habelə xəbər xronikaları yer alıb.

Aşıq sənətinin elmi tədqiqi ilə məşğul olanlar, ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə təhsil alan bakalavr və magistrlər, eləcə də, aşıq sənəti, bütövlükdə folklorumuz və adət-ənənələrimizlə, milli mənəvi dəyərlərimizlə maraqlananlar üçün bu toplu qiymətli bir elmi mənbədir.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 340

QHT və MEDİA

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

2018-06-16 07:05:23

QHT və MEDİA
“Qarabağ dünən və bugün” mövzusunda icti...
“Qarabağ dünən və bugün” mövzusunda icti...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

2018-06-11 08:40:31

CƏMİYYƏT
“Hazırda Günnüt minalardan təmizlənir, s...
“Hazırda Günnüt minalardan təmizlənir, s...

Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb,...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...