QHT və MEDİA
A- A A+

Fransalı gənclər Azərbaycana tanışlıq səfərinə gəliblər

2017-12-08 09:40:27

.

Azərbaycanın Gənclər və İdman Nazirliyinin, ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə fransalı gənclərdən ibarət bir qrup tanışlıq məqsədilə respublikamıza səfərə gəlib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfərdə iştirak edən nümayəndə heyətinin tərkibinə Fransanın nüfuzlu televiziya, qəzet və informasiya portallarının müxbirləri, dünya çempionları, hüquq sahəsi üzrə mütəxəssislər və digər peşə sahibləri daxildir.

Səfərin ilk günü Xalça Muzeyində olan qonaqlar qədim xalçalarımızın sirləri, bu sənətin incəlikləri barədə məlumat toplayıblar.

Sonra ADA Universitetinə gələn fransalı gənclərə prorektor Fariz İsmayılzadə universitetin fəaliyyəti barədə ətraflı məlumat verib və onları burada təhsil alan əcnəbi tələbələrlə tanış edib.

Fransalı gənclər Bakı Su İdmanı Sarayında da olublar. Sarayın direktoru Elçin Həsənov idman qurğusu barədə qonaqları məlumatlandırıb. Bildirib ki, birinci Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının su idmanı yarışları bu möhtəşəm arenada keçirilib.

Bir neçə gün davam edəcək səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunda, Milli Məclisin gənclər və idman komitəsində, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində görüşlər keçirəcək, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, digər tarixi məkanlar və görməli yerlərlə tanış olacaqlar.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 506

QHT və MEDİA

2019-05-20 08:25:19

QHT və MEDİA
Avropada təhsil alan azərbaycanlı gənclə...
Avropada təhsil alan azərbaycanlı gənclə...

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr...

2019-05-18 10:35:39

QHT və MEDİA
Beynəlxalq Münasibətlərin Araşdırılması ...
Beynəlxalq Münasibətlərin Araşdırılması ...

Mərkəzdən bildiriblər ki, Ermənistanın regional təhdidi mövzusunda keçiriləcə...

CƏMİYYƏT

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

2019-05-17 22:25:16

CƏMİYYƏT
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan R...

İQTİSADİ

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...

2019-05-14 07:35:20

İQTİSADİ
Avropaya ixracat
Avropaya ixracat

Mayın 1-dən etibarən "Azərenerji" ASC Yunanıstan, Rumıniya və Macarıstana ele...