CƏMİYYƏT
A- A A+

Şura qrant müsabiqəsi elan edib

2017-12-07 21:05:37

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib

Şura sədrinin müavini Vusal Quliyev iclası açaraq gündəliyə təklif olunan “Hasilat Sənayesində Şəffaflıq” prosesində QHT-lərin iştirakı mövzusunda qrant müsabiqəsi haqqında məsələni diqqətə çatdırıb. Gündəlik yekdilliklə təsdiq olunub.

Vüsal Quliyev ölkəmizdə şəffaflığın və hesabatlılığın gücləndirilməsi, ümumilikdə korrupsiyaya qarşı mübarizə sahəsində davamlı olaraq uğurla həyata keçirilən dövlət strategiyasının mövcud olduğunu deyib. Şura sədrinin müavini bildirib ki, cənab prezident İlham Əliyevin sərəncamı ilə 5 aprel 2017-ci ildə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yaradılması bir daha Azərbaycanın hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə beynəlxalq səyləri dəstəklədiyini və müvafiq standartların tətbiqini uğurla davam etdirmək əzmində olduğunu göstərir. Bu baxımdan Hasilat Sənayesində Şəffaflıq” (HSŞ) proseslərində vətəndaş cəmiyyəti institutlarının da yaxından iştirakı vacibdir.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın Əsasnaməsinə uyğun olaraq “Hasilat Sənayesində Şəffaflıq” prosesində QHT-lərin iştirakı mövzusunda qrant müsabiqəsinin şərt və qaydaları barədə ətraflı məlumat verib.

Şura üzvləri Sahib Məmmədov, Rufiz Qonaqov, Anar Xəlilov və Nərgiz Xələf çıxış edərək qrant müsabiqəsinin mövzuları, qayda və şərtləri ilə bağlı təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra Şuranın 2018-ci il birinci qrant müsabiqəsinin elan edilməsi ilə bağlı qərar qəbul edilib. QHT-lər müsabiqənin mövzuları, həmçinin şərt və qaydaları haqqında məlumatlarla Şuranın www.qhtxeber.az, www.e-qht və www.cssn.gov.az saytları vasitəsi ilə tanış ola bilərlər.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 280

QHT və MEDİA

2018-09-25 09:35:20

QHT və MEDİA
Milli Məclis Ermənistan parlamenti ilə ə...
Milli Məclis Ermənistan parlamenti ilə ə...

Fact-info.az "Report"a istinadən xəbər verir ki, bunu görüşdə iştirak edən Mi...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-25 10:35:01

CƏMİYYƏT
"Xaçaturov gizli erməni planlarında KTMT...
"Xaçaturov gizli erməni planlarında KTMT...

Bu barədə Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ...

2018-09-24 08:15:00

CƏMİYYƏT
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...

Açılış mərasimində “Mübariz olaq” adlı rəsm sərgisi də təşkil edilib. Tədbiri...

İQTİSADİ

2018-09-24 22:30:18

İQTİSADİ
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...

Trend-in məlumatına görə, iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə ...

2018-09-24 08:25:39

İQTİSADİ
Azərbaycan və Aİ arasında yeni sazişlə b...
Azərbaycan və Aİ arasında yeni sazişlə b...

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə d...