SİYASƏT
A- A A+

ATƏT PA-nın büro iclasında münaqişələrlə bağlı beynəlxalq hüququn prinsiplərinə sadiq mövqe nümayiş etdirilib

2017-12-07 11:10:51

.

Dekabrın 6-da Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Nazirlər Şurasının 24-cü iclası ərəfəsində qurumun Parlament Assambleyasının (ATƏT PA) büro iclası keçirilib.

İclasda ATƏT PA-nın 2018-ci il üçün fəaliyyət planı, qurumun qış və yay sessiyalarının gündəliyinə dair məsələlər və digər aktual mövzular müzakirəyə çıxarılıb.

İclasın gedişi ilə bağlı sualı cavablandıran Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib: “Qapalı keçirilən iclasda qəbul edilən qərarların şərh edilməsi məqsədəuyğun olmazdı. Lakin ümumi olaraq qeyd etmək olar ki, ATƏT PA-nın Bürosu münaqişələrlə bağlı beynəlxalq hüququn prinsipləri və qurumun 2015-ci ildə Helsinkidə qəbul etdiyi qətnaməyə və bəyannaməyə sadiqliyini nümayiş etdirdi. Bu cür həssas məsələlərdə Büro ikili standartları rədd edərək, dövlətlərin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən, etnik separatizmə yox deyən vahid mövqe nümayiş etdirib. Bu, ATƏT PA-nın etibarlılığı və bütövlüyü baxımdan çox önəmlı qərar oldu”.(Azərtac)


Kateqoriya : SİYASƏT Baxış sayı : 92

QHT və MEDİA

2017-12-11 11:05:30

QHT və MEDİA
Xarici ölkə diplomatları və KİV nümayənd...
Xarici ölkə diplomatları və KİV nümayənd...

Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən, bu gün Qaçqınların v...

2017-12-09 09:50:15

QHT və MEDİA
“Məscidlər: İslamın möhtəşəmliyi” kitabı...
“Məscidlər: İslamın möhtəşəmliyi” kitabı...

Heydər Əliyev Mərkəzində Leyla Uluxanlının “Məscidlər: İslamın möhtəşəmliyi” ...

CƏMİYYƏT

2017-12-11 12:25:57

CƏMİYYƏT
DİN-in Polis Akademiyasının tarixi və bu...
DİN-in Polis Akademiyasının tarixi və bu...

Belə ki, Akademiya sıravi milis nəfəri və komandir hazırlayan bir məktəb kimi...

2017-12-10 23:05:03

CƏMİYYƏT
Xarici media nümayəndələri Azərbaycanda ...
Xarici media nümayəndələri Azərbaycanda ...

Misirin geniş oxucu auditoriyasına malik “Əxbar əl-yaum” qəzeti ölkənin aparı...

İQTİSADİ

2017-12-08 09:50:29

İQTİSADİ
“Azerspace-2” gələn ilin əvvəlində orbit...
“Azerspace-2” gələn ilin əvvəlində orbit...

Gələn ilin əvvəlində Azərbaycanın ikinci telekommunikasiya peyki - “Azerspace...

2017-12-04 09:40:50

İQTİSADİ
Cocuq Mərcanlıda 5 hektardan çox ərazi t...
Cocuq Mərcanlıda 5 hektardan çox ərazi t...

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalını...