MƏDƏNİ
A- A A+

"Qarabağ lətifələri" işıq üzü gördü

2017-12-07 10:55:34

.

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və AMEA-nın Folklor İnstitutunun Qarabağ silsiləsindən növbəti birgə layihəsi çərçivəsində "Qarabağ lətifələri" adlı təbliğat xarakterli açıqcalar toplusu nəşr edilib.

Açıqcalar toplusu Azərbaycan, rus və ingilis dillərində çap olunub. Nəşr Elmi-Metodiki Mərkəz tərəfindən qeyri-maddi mədəni irs və milli adət-ənənələrin qorunması məqsədilə dərc edilib. Toplunun üzərində AMEA-nın Folklor İnstitutu tərəfindən filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə, rəssam İlqar Mehdiyev, Elmi-Metodiki Mərkəz tərəfindən isə mərkəzin sektor müdiri İrina Özçoban çalışıblar.

Yaxın zamanda toplunun F.Köçərli adına Respublika Uşaq Kitabxanasında və Horadiz şəhərində təqdimatlarının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, lətifələr Qarabağ folklorunun ən aktiv janrlarından biridir. Klassik folklorun bir çox janrları öz auditoriyasını itirdiyi, tədricən epik dövriyyədən çıxdığı halda, lətifələr bu gün də mövcudluğunu saxlamaqdadır. Qarabağ Azərbaycan folkloruna Abdal Qasım, Kalvalı, Baqi, Aşıq Abbas kimi onlarla yeni lətifə qəhrəmanları bəxş edib ki, bu lətifələrin bir çoxu bölgənin sərhədlərini aşaraq qonşu ərazilərə də yayılıb.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 259

QHT və MEDİA

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...